REGİONLAR
Füzuli rayonunun Şəkərcik kəndi





















Bakı, 8 avqust, AZƏRTAC
Füzuli rayonunun Şəkərcik kəndi rayon mərkəzindən 2 kilometr məsafədə düzənlik ərazidə yerləşir. Əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olub. Kənd ərazisində aparılan arxeoloji qazıntılar göstərib ki, burada e.ə. I minilliyin əvvəllərinə aid yaşayış yerləri olub.
Şəkərcik kəndi 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 2020-ci il noyabrın 9-da kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Şəkərcik kəndinin görüntülərini təqdim edir.