Füzuli regional ekologiya və təbii sərvətlər idarəsinin işçiləri peşə bayramlarını qeyd etmişlər
Füzuli, 23 may (AZƏRTAC). Füzuli regional ekologiya və təbii sərvətlər idarəsinin işçiləri peşə bayramlarını qeyd etmişlər.
AZƏRTAC xəbər verir ki, regional ekologiya və təbii sərvətlər idarəsinin işçiləri və rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Horadiz şəhərindəki abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər.
Tədbirdə Füzuli regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Nazim Əliyev işçiləri peşə bayramı münasibətilə təbrik etmiş, ölkədə və rayonda ekoloji mühitin yaxşılaşdırılması sahəsində görülən işlərdən danışmışdır. Bildirmişdir ki, ötən ilin martından bu ilin martınadək rayon ərazisində 43 min ağac, dekorativ kol və gül, o cümlədən 19 min Şərq çinarı, 7 min sərv əkilmişdir.
Sonra Horadiz şəhərində əkilmiş ağac və güllərə qulluq göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]