Azərbaycan Dövlət İnformasiya Agentliyi

“G-20”: Buenos-Ayresdə üç tarixi razılaşma

“G-20”: Buenos-Ayresdə üç tarixi razılaşma

Dünyanın iyirmi ən güclü iqtisadiyyatına malik dövlətlərinin rəhbərlərinin Argentinanın paytaxtında keçirilən sammitinə maraq böyük idi. Ekspertlər və media nümayəndələri böyük dövlətlər arasında münaqişəli situasiyaların necə həll ediləcəyi ilə maraqlanırdılar. Doğrudan da, hazırda qlobal miqyasda ciddi problemlər mövcuddur. Məsələn, Amerika-Rusiya münasibətlərindəki gərginlik ciddi geosiyasi təhlükələrə yol aça bilər. Vaşinqton-Pekin xəttindəki anlaşılmazlıqlar dünya ticarətini risklərə atır. İqlim dəyişikliyi ilə əlaqəli imzalanan müqavilənin taleyinin qeyri-müəyyənliyi narahatlıq doğurur. Bunlara son günlər meydana gəlmiş Kerç böhranı da əlavə olunub. Beləliklə, “G-20” ("Böyük iyirmilik") qrupu üçün kifayət qədər vacib məsələlərin həlli aktuallaşmışdı. Yuxarıda vurğulanan geosiyasi məqamlar üzərində geniş dayanmağa ehtiyac görürük.

Aktual müzakirələr: nə dərəcədə səmərəli oldu?

Argentinanın paytaxtı Buenos-Ayres şəhəri noyabrın 30-dan dekabrın 1-dək dünya mediasının diqqət mərkəzində oldu. "Böyük iyirmilik" ölkələrinin sammitinə maraq həmişə yüksək olur. Bu dəfə hadisə daha çox böyük dövlətlərin münasibətləri aspektində əhəmiyyət daşıyırdı. Çünki sammitə qədər ABŞ, Fransa, Rusiya, Çin və digər dövlətlər arasında gərginlik mövcud idi. Üstəlik, Kerç boğazı ilə bağlı Rusiya-Ukrayna ixtilafı əlavə çətinlik yaradırdı. Ətraf aləmin qorunması, miqrasiya, azad ticarət kimi dünya üçün aktual olan problemlərin də müzakirəsi maraqla gözlənilirdi. Etiraf etmək lazımdır ki, sammit bəslənən ümidləri doğrultdu. Bu o demək deyil ki, üzv dövlətlər bütün məsələlər üzrə razılıq əldə edə bildilər. Belə olmadı, ancaq müzakirələr də nəticəsiz qalmadı.

Hətta ekspertlərin tarixi adlandırdıqları üç məsələdə razılıq əldə edildi. Onlardan biri ABŞ, Kanada və Meksika arasında azad ticarət zonası ilə bağlı yeni sazişin imzalanması; ikincisi, Çinin ABŞ-la ticarət kəsirini örtməklə bağlı razılıq əldə etməsi; üçüncüsü isə beynəlxalq ticarətdə "çoxtərəflilik prinsipi" və Ümumdünya Ticarət Təşkilatında (ÜTT) islahatlar haqqında ortaq fikrə gəlinməsidir. Onların hər biri ayrıca problem yaradır və dövlətlər arasında münasibətlərdə gərginliyə səbəb olurdu. İndi həmin problemlərin aradan qaldırıldığını birmənalı olaraq demək mümkün olmasa da, yolun açıldığı barədə danışmaq olar.

Ekspertlər üçün Şimali Amerika azad ticarət zonası haqqında sazişin (NAFTA) taleyi çox maraqlı idi. Uzun müddət idi ki, Donald Tramp bu sazişin Amerika üçün ədalətsiz olduğunu ifadə edirdi. Onun fikrincə, NAFTA Kanada və Meksikanı ABŞ qarşısında ticari baxımdan daha şanslı edir. Məsələn, Kanada ABŞ fermerlərinin süd məsullarına çox vergi ödədiyi halda, özünün məhsullarına Amerika vətəndaşlarından daha çox vergi tuturdu. Meksika da Amerika şirkətlərinin məhsullarının öz ərazisində istehsalını təşkil edirdi ki, bu da ABŞ-da işsizliyin artmasına səbəb olan faktorlardan biri olurdu. Çünki Meksikada əməkhaqları Amerikadan azdır. Nəticədə, ABŞ dövlət olaraq NAFTA-dan itirirdi ki, bu da büdcə kəsirlərini artıran səbəblərdən biri olmuşdu.

Yeni üçtərəfli saziş USMCA (United States-Mexico-Canada Agreement) adlanır. Sazişdə yuxarıda vurğulanan nöqsanlar demək olar ki, aradan qaldırıldı. Ekspertlər hesab edirlər ki, indiki saziş daha ədalətlidir. Mexiko ilə Ottava onu qəbul etməyə məcbur qalıblar. Çünki ABŞ-la olan ticarət zonasının itirilməsi hər iki dövlət üçün zərərli olardı. Məsələn, Vaşinqton Kanadadan idxal edilən məhsullara vergini kəskin artıra və ya Meksika ilə əlaqələrə məhdudiyyət qoya bilərdi.

Vaşinqton Buenos-Ayresdə ikinci bir uğura imza atıb. Pekin Amerika ilə ticarətdə yaranmış büdcə kəsirini ödəyə biləcək addım atıb. Donald Trampla Si Szinpinin görüşündə Çin tərəfi ABŞ-ın bununla bağlı tələblərini qəbul edib ki, bunu da ekspertlər "ticarət savaşında Pekinin geriyə addımı" kimi qiymətləndiriblər. ABŞ rəhbərliyi də bunun qarşılığında vergiləri ikiqat artırmaq prosedurunu müvəqqəti dayandırıb. Müəyyən müddətdən sonra Pekin sözünə əməl etməsə, Vaşinqton vergi artırmasını həyata keçirəcək.

D.Tramp və S.Szinpin Çinin sənaye siyasəti məsələlərinə dair danışıqlara başlamaq barədə razılığa gəliblər. Buraya amerikan texnologiyalarının məcburi lisenziyalaşması məsələsi də daxildir. Kommersiya sirlərinin oğurlanması ilə bağlı da müzakirələr aparılmalıdır. D.Tramp bu məsələlər üzrə razılıqları yüksək qiymətləndirib. Çinə satılan Amerika mallarının qiyməti də Vaşinqtonun istəyinə uyğun dəyişə bilər. Eyni zamanda, Çindən idxal olunan mallara əvvəlki güzəştlər edilməyəcək. Bunlardan başqa, Çində istehsalını quran Amerika şirkətləri üçün də şərtlər yeniləşə bilər. Bütün bunların nəticəsində ABŞ tərəfindən Çindən idxal edilən 200 milyard dollarlıq mala əlavə vergi 90 gün müddətində qoyulmayacaq.

Mühüm razılaşmalar: problemlər tam həll edildimi?

Doğrudur, bəzi ekspertlər bunları elə də böyük uğur hesab etmirlər. Ancaq Amerika Prezidenti əmindir ki, irəliyə doğru mühüm addım atılıb. Gələcək kimin haqlı olduğunu göstərəcək. Eyni fikri "Böyük iyirmilər"in sammitində qəbul edilmiş beynəlxalq ticarətdə "çoxtərəflilik prinsipi" və ÜTT-də islahatlarla bağlı demək olar. Məlumdur ki, bu məsələlər təşkilata üzv olan bütün ölkələri maraqlandırırdı. Çünki ölkələr ticarətdəki proteksionizmdən zərər görürlər. Qarşılıqlı faydalı əməkdaşlıq prinsipi deyil, güclünün maraqlarının təmin olunması qaydası üstünlük təşkil edir. Bu da ölkələr arasında münasibətlərdə xeyli sayda problemlər yaradır.

“G-20” üzvlərinin bu məsələdə ən çox iradı ABŞ-adır. Amerika rəhbərliyi isə ittihamları qəbul etmirdi. Buenos-Ayresdə bu istiqamətdə irəliyə addım atılıb. D.Tramp "çoxtərəflilik prinsipi"ni qəbul edib. Hətta bu ifadəni o, "proteksionizmə qarşı" ifadəsi ilə əvəz etməyi təklifini edib. Eyni zamanda, Amerika rəhbərliyi ÜTT-də islahatların aparılması haqqında tələb irəli sürüb. Bu tələbdə təşkilatda ticari qaydaların ABŞ-ın zərərinə ola biləcək qisminə yenidən baxılması nəzərdə tutulur. Ekspertlər hesab edirlər ki, bütövlükdə "çoxtərəflilik prinsipi"nin qəbul edilməsi dünya səviyyəsində ticari əlaqələrin sağlamlaşmasına yeni təkan verə bilər. Və bu məqam böyük əhəmiyyət kəsb edir. O cümlədən böyük dövlətlər arasındakı bir sıra problemlərin aradan qaldırılması üçün çox səmərəli ola bilər.

Bunlara baxmayaraq, Vaşinqton heç də bütün məsələlərdə asanlıqla razılığa gəlməyib. Belə ki, Amerika iqlim haqqındakı sazişi imzalamayıb. Ekspertlərə görə, bu, müsbət hal deyil. Çünki gələcəkdə müəyyən problemlər yaradacaq. Hələlik ABŞ rəhbərliyinin bu məsələdəki mövqeyini aradan qaldırmaq mümkün olmayıb.

"Böyük iyirmilik" ölkələri liderlərinin Buenos-Ayres sammitinin gedişində Rusiya ilə Ukrayna arasındakı Kerç probleminin müzakirəsi də diqqəti çəkib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi ilə bu məsələnin "Normand dördlüyü" (Fransa, Almaniya, Rusiya və Ukrayna) formatında həll edilməsi barədə razılıq əldə olunub. Media nümayəndələri bütövlükdə Türkiyə Prezidentinin mühüm fikirlər irəli sürdüyünü və bu mənada tədbir iştirakçıları arasında fərqləndiyini vurğulayırlar. Onun D.Tramp və V.Putinlə görüşü də uğurlu keçib.

Yuxarıda "İyirmilik" qrupu ilə bağlı vurğulanan məqamları ümumiləşdirsək, geosiyasi kontekstdə hansı nəticələri çıxara bilərik? Belə təəssürat yaranır ki, “G-20” üzvləri dünyanın qlobal problemlərinin həllində daha fəal olmağa can atırlar. Bu format daha çox səmərə verməyə başlayıb. Ancaq supergüclər arasında ciddi geosiyasi məsələlərin həllinə yardım edə bilmir. Məsələn, Buenos-Ayresdə V.Putin D.Trampla danışa bilməyib. Doğrudur, Rusiya KİV-lərinin verdiyi məlumata görə, V.Putin konkret faktlar üzrə A.Merkel və E.Makrona baş verənləri anladıb. Lakin onlar fikirlərini dəyişməyiblər.

Bunlardan belə qənaətə gəlmək olar ki, “G-20” sammiti qlobal geosiyasi problemləri həll etmək iqtidarında deyil. Məsələləri beynəlxalq hüquq normaları çərçivəsində həll etmək üçün fərqli formata ehtiyac var. Bu keyfiyyətdə çox güman ki, BMT başlıca rol oynaya bilər. BMT-nin fəaliyyətinin səmərəli olması üçün isə islahatlara ehtiyacı var. Deməli, beynəlxalq münasibətlərdə müəyyən mənada qapalı dairə yaranmış olur.

“G-20” ilə bağlı isə qlobal kontekstdə onu demək olar ki, bu təşkilatın əsas güc mərkəzlərindən birinə çevrilmək istiqamətində cəhdləri davam edir. Sonuncu sammitdə bu aspektdə müəyyən irəliləyiş əldə olundu. Ancaq bu məsələ ilə bağlı dolğun fikir bildirmək tezdir. Bundan sonrakı proseslər təşkilatın imkanlarının dəqiq olaraq hara qədər çatdığını təsdiq edəcək. Onu da nəzərə almaq lazımdır ki, təşkilata daxil olan ölkələrin inkişaf templəri fərqli olduğundan, qüvvələr nisbəti dinamik olaraq dəyişir. Bu mənada növbəti sammitdə hansı dövlətin hansı səviyyədə təmsil olunacağı haqqında da dəqiq proqnoz vermək çətindir. “Böyük iyirmilik” tarixinin həssas bir dönəmindən keçir.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq