Gədəbəydə aparılan qazıntı zamanı qədim maddi-mədəniyyət abidələri aşkar edilmişdir
Gədəbəy, 12 sentyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri Gədəbəyin Cəfərli kəndi ərazisində arxeoloji qazıntılar apararkən bir sıra qədim maddi-mədəniyyət abidələri aşkar etmişlər.
Ekspedisiyanın rəhbəri, tarix elmləri üzrə fəlsəfə doktoru Tükəzban Göyüşova AZƏRTAC-a bildirmişdir ki, qazıntı zamanı son tunc-erkən dəmir dövrünə aid Ləşkər qala adlı ərazidə yüzlərlə maddi-mədəniyyət nümunələri üzə çıxarılmışdır. Tapıntılar arasında məişət qabları, gildən hazırlanmış möhür, toxuculuq və dulusçuluq alətləri və digər əşyalar çoxluq təşkil edir. Arxeoloji qazıntılar zamanı ərazidə möhkəmləndirilmiş divarlara malik yaşayış-keşikçi məntəqələri də aşkar edilmişdir ki, bu da tariximizin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [20:50]
Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq
- 27.10.2026 [18:23]