Gənc futbolçulara danışılmış oyunların mahiyyəti barədə məlumat verilib
Bakı, 28 dekabr, AZƏRTAC
UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Kamran Cəbrayılov Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvlərinə danışılmış oyunlar mövzusu ilə bağlı məlumat verib.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirin təşkilində əsas məqsəd gənc futbolçulara danışılmış oyunların mahiyyəti barədə məlumat vermək və onları danışılmış oyunlardan qorumaq, çəkindirməkdir.