Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun kənarındakı ağacları kəsən şirkət cərimələnib
Bakı, 22 yanvar, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun kənarındakı ağacların kəsilməsi ilə bağlı daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı “Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun 4 zolağa genişləndirilməsi” layihəsi çərçivəsində tikinti altına düşən ağacların köçürülməsi ilə bağlı Dövlət Ekoloji Ekspertiza İdarəsi tərəfindən verilmiş ekspertiza rəyinin tələblərinə əməl olunmadığı və ağacların bir qisminin kəsildiyi aşkarlanıb.
Faktla bağlı icraçı “Bayburd” tikinti şirkəti barəsində protokol tərtib edilib. Şirkət 26 min 760 manat məbləğində cərimələnib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:17]
Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ
- 05.10.2026 [12:53]
Sabah yağış yağacaq VİDEO
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]