Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gəncə sakini evində Qarabağ müharibəsinin ağrı-acısını əks etdirən muzey yaradıb VİDEO

Gəncə, 6 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Ağ-qara, rəngli şəkillərdən boylanan yaralı, xəstə, bəzən xəfif gülüşlü insan baxışları, odlu-alovlu müharibənin dəhşət saçan, qandonduran səhnələrini əks etdirən saysız hesabsız fotolar, al-qana boyanmış əsgər geyimləri, hərbi ləvazimatlar, dəlik-deşik köynəklər, parça-parça olmuş çəkmələr, gilizlər, qəlpələr, möhürlü sənədlər, saralmış qəzet-jurnal səhifələri…

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağrı-acılarını özünə yaşadan bu eksponatlar Gəncə şəhər sakini Elnarə Tağıyevanın evində qoruyub saxladığı və ildən-ilə zənginləşdirdiyi şəxsi kolleksiyasındandır.

AZƏRTAC-ın bölgə müxbiri Elnarə Tağıyevanın evində həmin eksponatlarla tanış olub, onunla söhbətləşib.

Dağlıq Qarabağ müharibəsinin başlandığı ilk illərdən əsgərlərimizə aid eksponatları toplayan Elnarə Tağıyeva evində yaratdığı bu məkanı Vətən İgidləri Muzeyi adlandırır. Hazırda 2280-dən çox eksponat, eləcə də şəhidlərə aid yüzlərlə şəkil, onlar haqqında yazılmış çoxlu sayda qəzet, jurnal və kitablar burada qorunur.

Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən deyir ki, həmin vaxt onun 23 yaşı olub: “Müdafiə Nazirliyinin nəzdindəki Əşya-Əmlak Xidməti Kombinatında çalışırdım. O zaman bizim camaşırxana Gəncə qarnizonunu və bütün cəbhəboyu bölgələri təmiz hərbi geyimlə təchiz edirdi. Müharibə getdikcə qızışırdı, cəbhədən ağır xəbərlər alırdıq. Hər dəfə paltarları aparmağa ayrı-ayrı əsgərlər gəlirdi. Geyimlərin bir neçəsini isə orada qoyub gedirdilər. Kombinatda yeni işə düzəldiyimə görə ilk günlər nələrin baş verdiyinin fərqində deyildim. Aparılmayan paltarları səliqə ilə bir kənara qoyur və həmin paltarların sahiblərini gözləyirdim. Bir gün kombinatımıza gələn zabit dedi ki, həmin paltarların sahibləri artıq həyatda deyillər, onlar şəhid olublar. O zaman anladım ki, bura gələn əsgəri niyə sonra görə bilmirəm. Artıq bu gün gördüyüm əsgəri bir də görəcəyimə ümidim yox idi. Ona görə də hər dəfə kombinatımıza gələn əsgərlərdən xahiş edirdim ki, öz siqaretlərindən bir papiros çıxarıb, üzərinə ürək sözlərini və tarixi yazıb mənə bağışlasınlar. Sonra cəbhədə baş verənləri evdə valideynlərimə danışdım və onların razılığı ilə şəxsi mənzilimizin bir otağını muzeyə çevirdik”.

Müharibənin sonrakı illərində ağır döyüşlərin getdiyi cəbhə bölgələrində, hospitallarda olan Elnarə Tağıyeva dəfələrlə ölümlə üz-üzə də gəlib. Güllələrin göydən yağış kimi yağdığı, mərmilərin yanında partladığı anlarda ağır yaralanan, bəzən də şəhid olan əsgərləri öz gözləri ilə görüb. Döyüşlərdən birində başını sıyırıb keçən gülləni muzeyində saxlayan müsahibimiz deyir ki, hər dəfə efirdə yaralanan, yaxud şəhid olan əsgər xəbərini eşitdikdə əvvəlcə onun ünvanını axtarıb tapır, sonra da yaşadığı evə gedir. Yaralı əsgərlərlə, şəhid ailələri ilə həmsöhbət olur, geri qayıdanda isə ya onların özündən, ya da ailə üzvlərindən muzeyi üçün bir əşya istəyir.

Beləcə, illərdir ki, nə müharibə bitib silahlar susur, nə də Elnarə Tağıyevanın şəhərlərə, kəndlərə gedib qapısını döydüyü yaralı əsgərlərin, şəhidlərin ünvanı qurtarır. Hər dəfə də eyni nisgil, eyni acı və göz yaşları. Muzey isə ildən-ilə böyüyür, eksponatları artır.

Elnarə Tağıyeva ilə sonrakı söhbətimiz eksponatlar və əşyalar haqqında oldu. Buradakı hər əşyanın bir acı xatirəsi, arxasında neçə-neçə insanın göz yaşı, həsrəti var. Ona görə də muzeydəki eksponatlara həyəcansız baxmaq mümkün deyil.

O, əsgər çəkmələrinin sıralandığı cərgəyə yaxınlaşır və bir tayı olmayan parçalanmış çəkməni qaldırıb deyir: “Bu çəkmələrin sahibləri şəhid olub. Əlimdəki tək və parçalanmış çəkmə isə minaya düşən əsgərindir. Ondan qalan yalnız budur. Divardan asılmış əllə hazırlanan tüfəng isə Gəncənin ilk şəhidlərindən olan Bəxtiyar Əliyevindir. Müharibənin ilk illərində nə ordumuz var idi, nə də silahımız. Əsasən Çaykənddə yuva salmış erməni nankorları qonşuluqdakı Azərbaycan kəndlərinə meydan oxuyurdular. Bəxtiyar erməni quldurlarının Çaykənddə fəallaşdığını eşidib, evə dönür, silah hazırlayır və düşmən üstünə gedir. 1990-cı il Todanın müdafiəsində qəhrəmancasına şəhid olur...”.

Şəhid fotoları arasından bir qadın şəkli də boylanır. Muzey sahibi bu şəklin Gəncənin yeganə qadın şəhidi olan Sevda Cabbarovaya aid olduğunu deyir. Sonra didilmiş əlcəkləri göstərib onun minaya düşən hansı şəhidə aid olduğunu, qanlı bayrağa kimin büküldüyünü, öldüyü düşünülüb morqa qoyulan, lakin beş gündən sonra meyitlər arasından çıxarılıb cərrahiyyə olunan və yenidən həyata qayıdan qazinin hekayəsini söyləyir. Stolun üstünə düzülmüş, üstünə adlar və soyadlar yazılmış irili-xırdalı qəlpələr və güllə başlıqlarının hər biri bir evin işığını söndürüb, bir vətən oğlunu bizdən ayırıb. Azərbaycanın Milli qəhrəmanlarına aid qana bulaşmış əşyalar isə divardan asılıb.

Bu muzeydə yalnız şəhidlərin, qazilərin, Milli qəhrəmanların əşyaları deyil, həm də onlara aid çoxlu sayda sənədlər də var. Muzeydə əşyası sərgilənən hər bir döyüşçü üçün kiçik guşə yaradan, şəxsi qovluq düzəldən E.Tağıyeva şəhidin valideynlərinə və ailə üzvlərinə, bəzən də yaralı əsgərlərin özlərinə tərcümeyi-hallarını, onların keçdiyi döyüş yollarını və xatirələrini yazdırıb, muzeyin sənədlər saxlanılan hissəsinə daxil edib.

Muzeyi ziyarət edənlər arasında şəhidlərin əzizlərinin, yaxın qohumlarının, qazilərin və Milli qəhrəmanların olduğunu deyən həmsöhbətimiz bizə daha bir eksponatın tarixçəsini danışır: “Baxın, bu şəkillər ən xoş günün xatirəsi kimi toyda çəkilib. Bu ağ qızılgül də həmin toydakı güldür. Atanın-ananın tək övladı olan bu yaraşıqlı oğlan, toyundan 3 gün sonra qəhrəmancasına...”.

Qəhər hər ikimizi boğur. O, daha heç nə danışa bilmir və biz səssizcə otaqdan çıxırıq. Yenə əvvəlki kimi lal bir sükut bu otaqlara hakim kəsilir...

Gəncə sakini evində Qarabağ müharibəsinin ağrı-acısını əks etdirən muzey yaradıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Siciliya sahillərində Roma İmperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb