Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş onlayn şahmat turniri keçirilib
Bakı, 19 yanvar, AZƏRTAC
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin, "Təhsil" Respublika İdman Mərkəzinin və Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş onlayn şahmat turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, 33-ü qız olmaqla, 169 şahmatçının iştirak etdiyi xatirə yarışı İsveçrə sistemi ilə 7 turda hər iştirakçıya oyunun sonunadək 3 dəqiqə olmaqla baş tutub. Turnirdə Gəncə ilə yanaşı, Bakı, Sumqayıt, Lənkəran, Quba, Göyçay, Mingəçevir, Zaqatala, Samux, Göygöl, Balakən, Şabran və Neftçala şahmatçıları qalibiyyət uğrunda mübarizə aparıblar.
Yekun nəticələrə görə ilk 3 yeri tutmuş oğlanlar və qızlar müvafiq olaraq diplom və pul mükafatları ilə təltif olunublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]