“GƏNCLƏR İLİ”NDƏ FƏRQLƏNMİŞ İDMANÇILARA, KİV NÜMAYƏNDƏLƏRİNƏ FƏXRİ FƏRMANLAR VƏ MEDALLAR TƏQDİM EDİLMİŞDİR
![]() |
![]() |
Bu münasibətlə keçirilmiş mərasimin əvvəlində dövlət himni səsləndirilmiş, videofilm nümayiş etdirilmişdir. Filmdə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə gənclərə göstərdikləri diqqət və qayğı, gənclərimizin qazandığı uğurlar əksini tapmışdır.
Gənclər və idman naziri Azad Rəhimov, YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, BŞGİBİ-nin rəisi Raqif Abbasov və YAP Gənclər Birliyinin sədri Ramil Həsənov çıxış edərək, Prezident İlham Əliyevin ad gününə təsadüf edən bu tədbirin əhəmiyyətindən, cari ildə gənclərimizin idman sahəsində qazandıqları uğurlardan danışmışlar.
Ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan ətraflı bəhs edən natiqlər demişlər ki, idmançılarımız 2007-ci ildə olimpiya və qeyri-olimpiya növlərində 450-dək medal qazanmışlar.
Sonra “Gənclər ili”ndə fərqlənmiş idmançılara və KİV nümayəndələrinə fəxri fərmanlar, medallar təqdim edilmişdir. Təltif olunanlar arasında Azərbaycan Dövlət Teleqraf Agentliyi - AZƏRTAC-ın əməkdaşı da vardır.
Tədbirdə gənc ifaçılar geniş konsert proqramı ilə çıxış etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]

