Gimnaziadada iştirak edəcək Azərbaycan təmsilçilərinin yolasalma mərasimi keçirilib
Bakı, 4 aprel, AZƏRTAC
Gimnaziada İdman Oyunlarında iştirak edəcək Azərbaycan təmsilçilərinin Serbiyaya yolasalma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda baş tutan tədbirdə media nümayəndələri, azarkeşlər və yaxınları idmançıları yarışa qələbə əhvali-ruhiyyəsi ilə yola salıblar.
Yarışda Azərbaycan 18 idman növündə - idman gimnastikası (Novi-Sad), kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis (Zlatibor), badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis (Ujiçe), taekvondo, karate (Pojeqa), cüdo, güləş (Luçani), qılıncoynatma (Nova-Varoş), atletika (Priboy) üzrə ümumilikdə 191 idmançı ilə təmsil olunacaq.
Serbiyada təşkil olunacaq Oyunların açılış mərasimi aprelin 5-də, bağlanış isə 12-də keçiriləcək.