Gömrükçülər narkotik vasitə aşkarlayıblar
Bakı, 15 mart, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, İrandan ölkəmizə daxil olan yük vaqonları “Astara Dəmir Yolu” gömrük postunda saxlanılıb. Vaqonlara gömrük baxışı keçirilərkən yük platformasının ön hissəsinin sol alt tərəfində ağ rəngli sellofan paketdə 1 ədəd bağlama aşkar edilib. Yoxlama zamanı bağlamanın içərisində olan 3 ədəd bükümdə üzərində “M40” nişanəsi olan 200 ədəd metadon adlı həb və ümumi çəkisi 97 qram olan narkotik vasitə - heroin aşkarlanıb.
Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı” na daxildir.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]