GÖYÇAYDA VOLEYBOL ÜZRƏ XATİRƏ TURNİRİ KEÇİRİLMİŞDİR
Göyçay, 10 may (AZƏRTAC). Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə Göyçay şəhərində keçirilmiş voleybol yarışı başa çatmışdır.
Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin idman zalında keçirilən turnirdə rayonun 9 idarə və təşkilatının voleybol komandası mükafatlar uğrunda mübarizə aparmışdır. Aprelin 30-dan başlayan yarışda komandalar iki yarımqrupda dairəvi sistemlə mübarizə aparmışdır. Hər yarımqrupda çıxış edən ən yaxşı iki komanda finala vəsiqə qazanmışdır. Göyçay rayon Mühafizə Polisinin, "Göyçay-Süd" ASC-nın, rayon Uşaq-Gənclər İdman Məktəbinin, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin voleybol komandası finalda iştirak etmək hüququ əldə etmişdir.
Finalda Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin voleybolçuları "Göyçay-Süd" ASC-nın komandası üzərində 3:2 hesablı qələbə qazanaraq 3-cü yeri tutmuşdur. Göyçay rayon Mühafizə Polisinin komandası isə rayonun Uşaq-Gənclər İdman Məktəbinin voleybolçularını 3:1 hesabı ilə məğlub edərək birinci yeri tutmuş, yarışın kubokunu qazanmışdır.
Yarışdan sonra ilk üç yeri tutan komandalara diplom və qiymətli hədiyyələri Göyçay rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov təqdim etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]