Göygöl rayonunda almanlar tərəfindən inşa edilmiş 433 tarixi abidə qorunur
Göygöl, 18 mart, Rauf Hacıyev, AZƏRTAC
Açıq səma altında muzeyi xatırladan Göygöl XIX əsrdə Cənubi Qafqaza, xüsusən də ölkəmizə koloniyalar şəklində köç edən və burada öz məskənlərini quran alman ailələrinin maddi-tarixi irsinin qorunduğu, unikal şəhərsalma və memarlıq xüsusiyyətlərinə malik şəhərdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda Göygöl rayonunda 464 yerli əhəmiyyətli abidə var.
Dövlət tərəfindən mühafizə olunan həmin abidələrdən 433-ü vaxtilə almanlar tərəfindən inşa edilmiş evlərdir.
Keçən il rayonun səfalı yerlərində istirahət etməyə, eləcə də bu abidələri görmək üçün 62288 yerli və xarici turist gəlib.