GUAM ölkələrində gömrük sahəsində aparılan islahatlar müzakirə olunub
Kiyev, 3 aprel, AZƏRTAC
Aprelin 3-də GUAM-ın Ticarət və Nəqliyyatın Asanlaşdırılması Layihəsinin Rəhbər Komitəsinin 38-ci iclası quruma üzv olan dövlətlərin nümayəndə heyətlərinin iştirakı ilə onlayn rejimdə keçirilib.
GUAM-ın Katibliyindən AZƏRTAC-a bildiriblər ki, iclasda GUAM-a üzv dövlətlərdə gömrük sahəsində aparılan islahatlar barədə məlumat mübadiləsi aparılıb. Qeyd edilib ki, quruma üzv ölkələr gömrük sahəsində əməkdaşlığı daha da gücləndirməlidir.
İclasda yekdilliklə vurğulanıb ki, GUAM ölkələrində gömrük sahəsində aparılan islahatlar quruma üzv ölkələri arasında mal mübadiləsini, həmçinin beynəlxalq ticarət dövriyyəsini artıracaq.
Qeyd edək ki, yanvarın 1-dən GUAM-a sədrlik Gürcüstana keçib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]