Güclü dolu Şəkinin kəndlərində müəyyən fəsadlar törətmişdir
Şəki, 2 iyun (AZƏRTAC). İyunun 1-dən 2-nə keçən gecə küləklə müşayiət olunan güclü dolu Şəki rayonunun bəzi yaşayış məntəqələrində müəyyən fəsadlar törətmişdir.
Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-a bildirmişlər ki, güclü dolu nəticəsində rayonun Küdürlü, Köbər Zəyzid, Çapağan və Çeşməli kəndlərində evlərin dam örtükləri zədələnmiş, vətəndaşların şəxsi təsərrüfatlarına, əkin sahələrinə ciddi ziyan dəymişdir. Ziyan dəymiş evlərə və təsərrüfatlara baxış keçirilmişdir. Komissiyanın ilkin rəyinə görə, təbii fəlakət nəticəsində bu kəndlərdə 150-dən çox fərdi evin dam örtüyü zədələnmiş, 2 min hektara yaxın taxıl və tərəvəz sahəsinə ziyan dəymişdir.
Hazırda həmin kəndlərdə təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir, dəymiş ziyanın miqdarı müəyyənləşdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]