Güləşçilərimiz Kiyevdə altı medal qazanıblar
Bakı, 13 may, AZƏRTAC
Kiyevdə Ukraynanın tanınmış güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən beynəlxalq turnirə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışın sonuncu günündə yunan-Roma güləşi üzrə yığmamız 4 medal qazanıb.
Sakit Quliyev (60 kq) gümüş, Murad Bazarov (60 kq), Kərim Cəfərov və Elman Muxtarov (hər ikisi 67 kq) isə bürünc medalın sahibi olublar.
Bununla da millimizin qazandığı medalların sayı 6-ya çatıb. Belə ki, yarışın ilk günündə Sənan Süleymanov (72 kq) qızıl, Zamir Məhəmmədov (97 kq) isə bürünc medal əldə etmişdi.
Xatırladaq ki, Memorialda beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ədaləti qoruyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:45]
“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib
- 14.10.2026 [10:44]
Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı
- 14.10.2026 [10:31]