Güləşçimiz Jalə Əliyeva Avropa çempionatında ikinci olub
Bakı, 22 aprel, AZƏRTAC
Qadın güləşçimiz Jalə Əliyeva Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, çempionatda 57 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz mübarizəyə dörddəbir finaldan qoşulub. Güləşçimiz almaniyalı Elena Brüggerə 6:3 hesabı ilə qalib gəlib. J.Əliyeva yarımfinalda polşalı Yovita Vrjeşeni 2:0 hesabı ilə üstələyərək, debüt etdiyi Avropa çempionatının finalına yüksəlib. Təmsilçimiz həlledici görüşdə ukraynalı Alina Akobya ilə qarşılaşıb və rəqibinə məğlub olaraq qitə birinciliyini gümüş medalla başa vurub.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olublar. Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb. Qadınlardan isə Mariya Stadnik Avropa çempionatında qızıl medal əldə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [12:56]