Güləşçimiz Ruslan Abdullayev U-20 Avropa çempionatının finalına yüksəlib
Bakı, 30 iyun, AZƏRTAC
İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın beşinci günündə - iyunun 30-da 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcəsində yer alan sərbəst güləşçilər mübarizəyə qoşulublar.
Ruslan Abdullayev (57 kq) bolqarıstanlı Tanyo Tanev (11:0), gürcüstanlı Luka Qvinjiliya (13:2) və türkiyəli Tolqa Özbekə (6:5) qalib gələrək finala yüksəlib. R.Abdullayev həlledici görüşdə moldovalı Anton Vlasla güləşəcək.
Cavidan Əhmədov (70 kq) ermənistanlı Davit Marqaryan (13:7) və polşalı Zəlimxan Mutsuxayevi (10:0) yolundan kənarlaşdırsa da, yarımfinalda türk İbrahim Yaprakla gərgin mübarizə şəraitində keçən görüşdə sonuncu xal prinsipinə əsasən məğlub olub - 8:8. C.Əhmədov bürünc medal uğrunda İvan Stoyanov (Bolqarıstan) - Muhamed Bektemirov (Avstriya) görüşünün qalibini sınağa çəkəcək.
Sadiq Mustafazadə (79 kq) yunanıstanlı Georgios Terzidis (9:1) və polşalı Mateuş Pedziçkini (8:5) məyus edə bilib. Ancaq dörddəbir finalda gürcüstanlı Otari Adeişvili keçilməz olub - 2:6. S.Mustafazadə təsəlliverici görüşdə litvalı Paulius Leskauskasla qarşılaşacaq.
Zəfər Əliyev (97 kq) ispaniyalı Enrike Ximenesə tam üstünlüklə (13:0) qalib gəlsə də, dörddəbir finalda ukraynalı İvan Primaçenkoya 0:2 hesabı ilə məğlub olub. Z.Əliyev təsəlliverici görüşdə fransalı Əsgərxan Xunkayevlə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [13:56]
Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb
- 10.08.2026 [13:30]
“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”a keçib
- 10.08.2026 [13:24]
Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub
- 10.08.2026 [13:23]
Premyer Liqa: “Sumqayıt”-“Neftçi” matçının stadionu dəyişdirilib
- 10.08.2026 [13:00]
Üç təşkilat FIFA və Canni İnfantinoya qarşı birgə bəyanat yayıb
- 10.08.2026 [12:49]
“Barselona” Levandovskini klubun əfsanələri siyahısına daxil edib
- 10.08.2026 [12:31]
Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirə qatılacaqlar
- 10.08.2026 [11:48]
Mbappe “Real Madrid”ə gələn həftə qoşulacaq
- 10.08.2026 [11:10]