Gürcüstan hökuməti ölkənin yeni inkişaf planını hazırlayır
Tbilisi, 4 mart, AZƏRTAC
Gürcüstan hökuməti ölkənin uzunmüddətli iqtisadi inkişafı ilə bağlı xüsusi proqram hazırlayacaq. Bununla bağlı xüsusi dövlət komissiyası yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili məlumat verib.
Onun sözlərinə görə, hökumətin əsas prioritetlərindən biri ölkənin iqtisadi inkişafına nail olmaqdır. Yeni yaradılacaq komissiya iqtisadi inkişaf planı üzərində işləyəcək və ilk sənədi bu ilin mayın sonunda hökumətə təqdim edəcək.
İ.Qaribaşvili deyib ki, komissiyanın fəaliyyətinə bütün maraqlı tərəflər, parlamentin müvafiq komitələri, həmçinin yüksək ixtisaslı ekspertlər də cəlb olunacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:33]
Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]