Gürcüstan KİV-ləri Prezidentin çıxışlarına böyük maraq göstərir
Tbilisi, 8 oktyabr, AZƏRTAC
Gürcüstanın aparıcı report.ge, pia.ge, 24news.ge, aktual.ge, kvirispalitra.ge, gaxa.ge və digər informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın aparıcı KİV-lərinə müsahibələrindən geniş materiallar yayır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan, rus, ingilis və gürcü dillərində yayımlanan materiallarda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin baş vermə səbəbləri, Azərbaycan Ordusunun əks-hücum nəticəsində qazandığı uğurlar, eləcə də münaqişənin sülh yolu ilə həlinin mümkün variantları ilə bağlı fikirləri yer alıb.
Gürcüstan KİV-lərində Azərbaycan Prezidentinin çıxışları sülhsevər liderin çağırışları kimi şərh edilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi