Gürcüstan tələb olunan meyarlara cavab vermədiyi üçün "Pfizer" peyvəndini ala bilməyib
Tbilisi, 1 mart, AZƏRTAC
“Gürcüstan tələb olunan meyarlara cavab vermədiyi üçün “Pfizer” peyvəndini fevral ayında ala bilməyib”.
AZƏRTAC xəbər verir ki, bu barədə COVAX platforması məlumat yayıb.
Məlumatda deyilir ki, platformanın yaydığı bəyanatda tələb olunan meyarlara cavab verən ölkələrə vaksinin tez göndərilməsi təmin olunub. Lakin Gürcüstan tələb olunan meyarlara cavab vermədiyi üçün onun vaksin almasında gecikmə yaranıb.
“İlk vaksinin göndərilməsi haqqında əlavə məlumatlar yaxın günlərdə bütün iştirakçılara çatdırılacaq, həmçinin onlayn olaraq da dərc olunacaq”, - deyə məlumatda qeyd olunub.
Gürcüstan səhiyyə nazirinin müavini Tamar Qabuniya isə deyib ki, hökumət COVAX platforması və “Pfizer” şirkəti ilə danışıqlar aparır. Artıq hökumət bütün tələbləri və şərtləri yerinə yetirib. İndi biz “Pfizer”dən cavab gözləyirik.
Xatırladaq ki, keçmiş Baş nazir Giorgi Qaxariya peyvənd prosesinin fevral ayının ortalarında başlayacağını elan etmişdir, lakin bu günə qədər peyvənd tətbiq edilməyib.
Artıq dünyanın 100-dən çox ölkəsində peyvəndləmə işləri aparılsa da, Gürcüstanda peyvəndin başlanacağı dəqiq tarix hələ ki, məlum deyil.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]
İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb
- 08.06.2026 [15:05]