Gürcüstana gələn rusiyalı turistlər çətin vəziyyətə düşüblər
Tbilisi, 24 iyul, AZƏRTAC
Gürcüstana gələn Rusiya vətəndaşları son günlər maliyyə sıxıntısı keçirərək çətin vəziyyətə düşüblər.
AZƏRTAC xəbər verir ki, Rusiyanın “Unistream” bank sisteminə ABŞ-ın sanksiya tətbiq etməsindən sonra Gürcüstana səfər edən rusiyalı turistlər pul köçürmədə ciddi problemlərlə qarşılaşıblar.
Bu barədə Rusiya vətəndaşları yerli mətbuata verdikləri müsahibələrində qeyd ediblər.
Onların sözlərinə görə, “Unistream” bank sistemi Rusiyaya pul köçürmək üçün daha asan və sərfəli idi. Lakin bir neçə gün bundan öncə tətbiq edilən sanksiya onların pulsuz qalmasına səbəb olub.
Ekspertlər bildirirlər ki, hazırda rusların Gürcüstana pul köçürmək üçün cəmi iki şansları qalıb. Bu da “Corona” və “Kontakt” sistemləridir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO
- 29.09.2026 [12:39]