Gürcüstanda həqiqi hərbi xidmətə çağırışın vaxtı uzadılıb
Tbilisi, 11 mart, AZƏRTAC
Gürcüstanda həqiqi hərbi xidmətə çağırışın vaxtı aprelin 13-dək uzadılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurasının toplantısında qərar qəbul edilib.
Bildirilib ki, qərar ölkədə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə qəbul olunub.
Gürcüstanda hərbi hissələrdə koronavirusla əlaqədar dezinfeksiya işləri aparılır. Hərbi çağırışdan azad etmənin də vaxtı dəyişdirilib.
Qeyd edək ki, Gürcüstanda həqiqi hərbi xidmətə çağırış əsasında gənclər Silahlı Qüvvələrə, Daxili İşlər, Ədliyyə nazirliklərinin, Dövlət Təhlükəsizlik Xidmətinin hərbiləşdirilmiş bölmələrində hərbi xidmət keçirlər.
Xatırladaq ki, bu günə qədər qonşu ölkədə 23 nəfərdə koronavirus aşkarlanıb. Ümumilikdə 136 nəfər karantində saxlanılır. Daha 46 nəfər isə stasionar şəraitdə müalicə olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]