Gürcüstanda koronavirusa yoluxanların sayı kəskin artıb
Tbilisi, 25 oktyabr, AZƏRTAC
Gürcüstanda son sutka ərzində daha 1928 nəfərdə koronavirus aşkarlanıb, 604 nəfər sağalıb, 8 pasiyent isə vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə hökumətin xüsusi “stopgov.ge” saytında məlumat yerləşdirilib.
Bildirilir ki, bununla da ölkədə COVID-19-a ümumi yoluxma sayı 28 min 431-ə çatıb. Sağalanların 10 min 767, vəfat edənlərin sayı isə 201-dir. Hazırda karantində 4112, stasionar nəzarətdə 3766 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 2268 nəfər isə xüsusi otellərdə qalır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]