Gürcüstanda koronavirusun üçüncü dalğasının pik həddi yaşanır
Tbilisi, 22 may, AZƏRTAC
Gürcüstanda koronavirusun üçüncü dalğası yaşanır. Ölkədə yoluxma halları yenidən artıb və bu virusdan ölənlərin sayında yeni antirekord qeydə alınıb.
Son sutka ərzində Gürcüstanda 1071 nəfərdə koronavirus təsdiq edilib. 680 koronavirus xəstəsi isə müalicə olunaraq evə buraxılıb. 33 nəfər isə pandemiyanın qurbanı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.
Bildirilir ki, indiyədək ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 336 min 840-a çatıb. Onların da 317 min 69-u sağalıb.
Bu günədək Gürcüstanda koronavirusdan ölənlərin sayı isə 4 min 602 nəfərə çatıb.
Məlumatda qeyd edilib ki, gündəlik yoluxma 3,57 faiz, həftəlik 4,18 faiz, son 15 gündə isə 4,11 faiz təşkil edib.
Hazırda Gürcüstanda 15 min 143 aktiv koronavirus xəstəsi var. Onlardan 4 min 270-i xəstəxanalarda müalicə olunur.
Daha 701 nəfər klinik otellərdə, 80 nəfər karantində, 26 min 255 nəfər isə özünü təcrid rejimindədir.
Gürcüstanın infeksionistlərinin sözlərinə görə, ölkədə koronavirusun üçüncü dalğasının pik həddi yaşanır. Mayın sonlarına üçüncü dalğanın başa çatacağı proqnozlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]
Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]