GÜRCÜSTANDA YAŞAYAN VƏ TƏHSİL ALAN AZƏRBAYCANLI GƏNCLƏRİN ÖLKƏMİZƏ SƏFƏRİ TƏŞKİL OLUNMUŞDUR
Bakı, 27 iyul (AZƏRTAC). Gürcüstanda yaşayan və təhsil alan 80 azərbaycanlı tələbə iyulun 27-də Azərbaycana səfərə gəlmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, avqustun 1-dək davam edəcək səfər çərçivəsində soydaşlarımız Novxanı qəsəbəsindəki “Aquapark” əyləncə mərkəzində istirahət edəcək, Bakı və paytaxt ətrafındakı əsas tarixi-mədəniyyət ocaqları ilə tanış olacaqlar.
“Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyası ilə bağlı tədbirlər planı”na uyğun həyata keçirilən tədbirin əsas məqsədi Gürcüstanda yaşayan gənclərin tarixi vətənləri ilə əlaqələrini möhkəmləndirmək, milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz barədə daha da geniş məlumat vermək, eləcə də yay tətilini səmərəli təşkil etməkdir.
Azərbaycanlı gənclər Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]