Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gürcüstanı qardaş qırğınına təşviq edənlər, əslində, regiondakı mövcudluqlarının mahiyyətini göstərirlər ŞƏRH

Gürcüstanı qardaş qırğınına təşviq edənlər, əslində, regiondakı mövcudluqlarının mahiyyətini göstərirlər  ŞƏRH

Bakı, 12 oktyabr, AZƏRTAC

Dövlətlərin daxili işlərinə qarışılmasının yolverilməzliyinin beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan 10 əsas prinsipdən biri olmasına baxmayaraq Qərb imperializmi artıq onillərdir ki, "demokratiya" və "insan haqları" pərdəsi altında ayrı-ayrı dövlətlərin daxili yurisdiksiyasında olan məsələlərə açıq şəkildə müdaxilə etməkdədir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O qeyd edib ki, işğal və təcavüzün yeni metod və forması kimi tətbiq olunan bu mexanizmlər bir qayda olaraq ayrı-ayrı dövlətlərdə seçkilər, xüsusən parlament seçkilərində daha da aktivləşir və ABŞ başda olmaqla bir sıra qlobal subyektlər siyasi cəhətdən həssas situasiyaları özlərinin imperialist maraqları naminə imkan və fürsətə çevirməyə çalışırlar.

“Sirr deyil ki, məxməri inqilabın ardınca Qərb Gürcüstanda əsaslı formada möhkəmlənib və xüsusən qeyri-hökumət təşkilatları şəbəkəsi ilə Gürcüstan cəmiyyətində, hətta Gürcüstanın dövlət idarəçiliyi üzərində çox ciddi təsir və nəzarət mexanizmi formalaşdıra bilib. Bu amil ayrı-ayrı Qərb dövlətləri, o cümlədən ABŞ-a imkan verməkdədir ki, Gürcüstanın suveren hüququ olan məsələlərdə söz sahibi kimi çıxış etsin, yaxud Gürcüstan hakimiyyətinin ayrı-ayrı qollarının bu və ya digər qərar qəbuluna təsir edə bilsin. Məsələn məlumdur ki, bir neçə ay öncə Gürcüstan parlamentində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin şəffaflaşdırılması sahəsində qanunvericiliyin müzakirəsi və qəbulu zamanı Qərb həmin rıçaqları işə salmış və Gürcüstan hakimiyyətini çox çətin durumda qoymuşdu. Birbaşa Qərbdən maliyyələşən 25 mindən artıq vətəndaş cəmiyyəti institutu ən azı elə təsisçilərinin qismində meydanlara axışmaqla ölkənin milli təhlükəsizliyini təhdid edən kritik situasiyaya səbəb olmuşdur”, - deyə deputat xatırladıb.

Son zamanlar Gürcüstan hakimiyyətinin Qərbin qeyd olunan təzyiq mexanizmlərinin imkanlarını və funksiyalarını minimuma endirmək istiqamətində müəyyən səylərə start verdiyini deyən B.Məhərrəmov əlavə edib: “Etiraf etmək lazımdır ki, ölkənin suverenliyinə xidmət edən bu təşəbbüslər ilkin nəticələrə və hətta müəyyən məsələlərdə Qərbin iradəsinin qırılmasına səbəb olmaqdadır. Gürcüstan daxilində Gürcüstanın mövcud hakimiyyətinə faktiki olaraq uduzan Qərb qeyd olunan qanunvericilik aktının qəbulunun ardınca Gürcüstan daxilindəki resurslarla kifayətlənməyərək, daha doğrusu, həmin resursların tətbiqinin lazımi effekt vermədiyini müşahidə edərək özünün nəzarətində olan ayrı-ayrı qlobal insan haqları təsisatlarını və hətta bəzi dövlətləri, o cümlədən ABŞ-ın dövlət institutlarını açıq şəkildə bu prosesə cəlb edərək Gürcüstan ətrafında açıq təhdid çənbəri formalaşdırıb. Bir qayda olaraq, demokratiya, insan haqları, azad seçki və vətəndaşların seçkilərdə sərbəst iradə ifadəsindən dəm vuran Qərb Gürcüstanda özünə bağlı siyasi təsisatları və vətəndaş cəmiyyəti institutlarını açıq şəkildə maliyyə və siyasi dəstəklə təmin etməklə, əslində, bu meyarların sadəcə alət kimi istifadə olunduğunu və Qərb üçün daha önəmli olan şeyin ümumbəşəri dəyərlər yox, iqtisadi, ticari və siyasi maraqlar olduğunu göstərməkdədir”.

Deputatın sözlərinə görə, Gürcüstan hakimiyyətinin uğurlu hesab edilə biləcək müqaviməti fonunda özünün təcavüzkar maraqlarını müdafiə etmək naminə Qərb dövlətlərinin bu ölkəni müharibəyə və xaosa sürükləmək istiqamətində kompleks tədbirləri işə saldığını müşahidə edə bilərik.

“Təəssüf doğuran məqam ondan ibarətdir ki, Gürcüstanda illərlə möhkəmlənməklə Qərb bu ölkədə qardaş qırğınına səbəb ola biləcək situasiyanı formalaşdırmaq imkanındadır. Lakin Gürcüstan hakimiyyəti qətiyyət nümayiş etdirərək Qərbin bu ölkədəki vətəndaş cəmiyyəti institutlarına, ayrı-ayrı dövlət orqanlarına və bütövlükdə cəmiyyətə təsir imkanını neytrallaşdırmağı bacararsa, bu, Gürcüstan dövlətçiliyi tarixinin yeni mərhələsinin başlanması və sözün əsl mənasında, suverenlik dövrünün yeni erası ola bilər. İndiki halda Tbilisi üçün arzu olunan situasiyanı reallaşdırmaq mürəkkəb görünsə də, Cənubi Qafqazda artıq analoji addımı atmış, yəni Qərb imperializminin bütün təsir mexanizmlərini fiaskoya uğratmış, rəngli inqilabları və regiona müdaxiləyə yol açan digər cəhdləri tam şəkildə neytrallaşdırmağı bacaran Azərbaycan nümunəsi var. Lakin unutmamalıyıq ki, Azərbaycan nümunəsi hökumətin, yaxud cəmiyyətin ayrı-ayrı qruplarının qərarı ilə bir anda formalaşdırıla biləcək təcrübə deyil. Azərbaycanın suveren maraqlarında ehtiva olunan qeyd edilən konfiqurasiyanın bazisində ilk növbədə xalq və iqtidar həmrəyliyi dayanır. Əlbəttə, Azərbaycan yaxın qonşu olaraq Gürcüstanda baş verən prosesləri diqqətlə izləyir və gürcü xalqının iradəsinin təntənəsini arzulayır. Lakin görünən odur ki, özünü Gürcüstanın hamisi kimi təqdim etməyə çalışan ABŞ və Fransa Gürcüstanı qardaş qırğınına və digər istiqamətdə gərgin situasiyalara təşviq etməklə, əslində, regiondakı mövcudluqlarının mahiyyətini göstərmiş olurlar”, - deyən B.Məhərrəmov fikirlərini yekunlaşdırıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir