GÜRCÜSTANLA RUSİYA ARASINDA DƏMİR YOLUNDA HƏRƏKƏT BƏRPA OLUNACAQ
Dörd sərnişin vaqonu Tbilisi-Bakı qatarının tərkibində yola düşəcək və Azərbaycan paytaxtında Bakı-Moskva qatarına qoşulacaqdır. Birinci mərhələdə reyslər üç gündə bir dəfə, tələbat artdıqda isə hər gün həyata keçiriləcəkdir. Bu reysin yerinə yetirilməsi ilə bağlı bütün məsələlər Azərbaycan və Rusiyanın müvafiq qurumları ilə razılaşdırılmışdır.
Gürcüstanla Rusiya arasında dəmir yolu hərəkətinin bərpa edilməsi haqqında qərar MDB ölkələri dəmir yol idarələri rəhbərlərinin Aşqabadda keçirilən 42-ci iclasında qəbul olunmuşdur.
Gürcüstan-Rusiya dəmir yol əlaqələri ötən əsrin 90-cı illərində gürcü-abxaz münaqişəsi nəticəsində kəsilmişdi.