HAAQADAKI “AZƏRBAYCAN KÜLTÜR DƏRNƏYİ” FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
Məlumat verilmişdir ki, dərnəyin ilk sədri Fərhad Ateş, habelə İbrahim Qarabağ, Agah Yoncalı, Cəlal Qaragöz kimi dəyərli insanların səyləri nəticəsində “Azərbaycan Kültür Dərnəyi” 1995-ci ilə qədər Tovuz, Qazax, Ağstafa və Bakıda xeyriyyə aksiyaları keçirmiş, Novruz bayramı, Dünya Azərbaycanlılarının həmrəyliyi günü, Respublika günü kimi əlamətdar tarixlər münasibətilə Haaqada toplantılar və konfranslar təşkil etmişdir. Azərbaycanın Avropa ölkələrindəki səfirlikləri və nümayəndəlikləri ilə yaxın münasibətlər quran dərnək Azərbaycanda baş verən prosesləri yaxından izləyərək, bu barədə məlumatları Avropa mətbuatına çatdırır.
Müzakirələr zamanı Avropadakı bütün Azərbaycan mədəniyyət mərkəzləri və diaspor təşkilatları ilə əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanmış, birgə tədbirlərin həyata keçirilməsi ilə bağlı layihələrin hazırlandığı bildirilmişdir.