HEÇ KİM ŞEVARDNADZEYƏ BMT BAŞ KATİBİNİN MÜŞAVİRİ VƏZİFƏSİNİ TƏKLİF ETMƏYİB
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, heç kim Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzeyə BMT-nin Baş katibi Kofi Annanın müşaviri olmağı təklif etməyib. Bunu Baş katibin rəsmi nümayəndəsi Fred Ekhard Nyu-Yorkda keçirilmiş brifinqdə bildirmişdir. Onun sözlərinə görə, anlaşılmazlıq “informasiyanın təhrif edilməsi” nəticəsində baş vermişdir.
F.Ekhard təsdiq etmişdir ki, BMT-nin Uşaq Fondunun (YUNİSEF) icraçı direktorunun müavini Kul Çandra Qautam Tbilisidə işgüzar görüşdə olarkən Gürcüstanın sabiq prezidenti ilə görüşmüşdür. O demişdir: “Bu görüş BMT-nin Baş katibi ilə və ya Şevardnadzenin Baş katib üçün hər hansı mümkün rolu ilə əsla bağlı deyildir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]