Həmvətənimiz Murmanskdakı “Xeyirxahlıq məktəbi” Regional İctimai Təşkilatından minnətdarlıq məktubu almışdır
Bakı, 5 sentyabr (AZƏRTAC). Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) Murmansk Regional şöbəsinin ünvanına əlillər və sosial müdafiəyə ehtiyacı olan şəxslər üçün yaradılmış “Xeyirxahlıq məktəbi” Regional İctimai Təşkilatından minnətdarlıq məktubu daxil olmuşdur. Təşkilatın sədri L.Qribovskaya tərəfindən imzalanmış məktubda müdafiəyə və dəstəyə daha çox ehtiyacı olan insanlara yardım göstərilməsi sahəsində fəal həyat mövqeyinə və böyük şəxsi töhfəsinə görə sahibkar Vidadi Hümbətova minnətdarlıq ifadə edilir.
Bu, “Xeyirxahlıq məktəbi”nin ÜAK-ın fəal üzvü olan həmyerlimiz Vidadi Hümbətova ünvanladığı artıq ikinci minnətdarlıq məktubudur.
“Xeyirxahlıq məktəbi” klubu tənha insanlar üçün yaradılmış və artıq onların ikinci evinə çevrilmişdir. Təşkilatın əməkdaşları deyirlər: “Sağlam insanlar əlilləri başa düşmürlər, onlardan qorxurlar, qaçırlar. Biz isə onlara problemlərdən və tənhalıqdan yaxa qurtarmağın düzgün yollarını və şərtlərini göstəririk”. Beş ildir ki, təqribən 800 adam hər il öz ad günündə ərzaq bağlaması alır.
Sabirabad rayonunun Suqovuşan kəndində doğulmuş Vidadi Hümbətov dəfələrlə Murmanskın müxtəlif ictimai təşkilatlarından, habelə Ümumrusiya Əlillər Cəmiyyətindən minnətdarlıq məktubları almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]