Hesablama Palatasının nümayəndə heyəti Naxçıvanda səfərdə olub
Bakı, 31 iyul, AZƏRTAC
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olub.
Palatadan AZƏRTAC-a bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu Öndərin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad edilib.
Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub, muzeyin ekspozisiyasına baxış keçirilib.
Səfər çərçivəsində sədr Vüqar Gülməmmədov və nümayəndə heyəti Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin yeni inzibati binası və əməkdaşlarının səmərəli fəaliyyəti üçün yaradılmış şəraitlə, həmçinin idarənin funksional və cari fəaliyyətindən irəli gələn məsələlərlə tanış olublar.