Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda səfərdədir
Bakı, 19 dekabr, AZƏRTAC
Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri başlayıb.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin tərkibinə regional hökumətin, dövlət icra hakimiyyəti orqanlarının və bələdiyyə hakimiyyəti orqanlarının, işgüzar dairələrin, region ictimaiyyətinin nümayəndələri daxildir.
Nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirəcək, o cümlədən ikitərəfli əməkdaşlıq məsələləri barədə Bakı şəhəri Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə danışıqlar aparacaq.