Heydər Əliyev irsi misilsiz mənəvi sərvətlər xəzinəsidir
Bakı, 10 dekabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Akademiyasında ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, AMEA-nın Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov akademiya tələbələrinə ümummilli lider Heydər Əliyevin müdrik siyasətçi, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs edib. Ulu Öndərin elm, təhsil, mədəniyyət sahələrinin inkişafında əvəzolunmaz xidmətləri minnətdarlıq hissi ilə xatırlanıb.
Tədbirdə qeyd edilib ki, qeyri-adi şəxsiyyəti, əsil siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Bu gün Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədi yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir. Ulu Öndərin ölməz ideyaları, müdrik siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli təhsil öz məzmununu dəyişərək, eyni zamanda, Azərbaycanın gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilir, insan kapitalının formalaşmasına xidmət edir.
Sonra V.Abışov akademiya tələbələrinin suallarını cavablandırıb.