Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev milli əfsanəyə çevrilən liderdir

Heydər Əliyev milli əfsanəyə çevrilən liderdir

Moskva, 12 dekabr, AZƏRTAC

Elə liderlər var ki, onların adı əbədi olaraq tarixdə qalır. Mənsub olduğu millətin tarixini yaradan liderlər də var. Heydər Əliyev məhz müasir Azərbaycanın tarixini yaradan liderdir. Onun adı dövrünün əsl əfsanəsi, dövlət quruculuğu kimi tarixi vəzifəni öz üzərinə götürə bilən qüdrətli dövlət başçısı, fədakar insan və nadir şəxsiyyət kimi tarixin səhifələrinə yazılıb. AZƏRTAC xəbər verir ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) professoru Vladimir Suxoyun bu fikirləri “Moskva-Bakı” portalı üçün yazdığı eksklüziv məqalədə yer alıb.

AZƏRTAC həmin məqaləni oxucuların diqqətinə təqdim edir.

X   X   X

-Azərbaycanın 1960-cı illərin sonundan XXI əsrin əvvəlinədək olan 35 illik tarixi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Onun siyasi məharəti və yüksək insani keyfiyyətləri gənc dövlətə öz dayaqlarını möhkəmləndirmək və XXI əsrə müstəqil dövlət kimi qədəm qoymaq imkanı verdi. Heydər Əliyev respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycan naminə bütün məsuliyyəti çiyinlərində daşıyıb, öz həmfikirlərini ətrafına toplayaraq, onlarla birlikdə çətin və ciddi maneələri aşıb, hazırda müstəqil Azərbaycan adlanan qüdrətli dövləti yaradıb.

Azərbaycançılıq - öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir...

Heydər Əliyev

Heydər Əliyev 1969-cu il iyulun 4-də Sovet Azərbaycanının rəhbəri oldu. O, respublika kommunist partiyası mərkəzi komitəsinin birinci katibi təyin edildi. “Modernləşmə” onun həmin dövrdəki fəaliyyətini dəqiq səciyyələndirən sözdür. Respublikanın rəhbəri olduqdan sonra o, uzun müddət SSRİ-nin xammal bazası və uzaq əyaləti hesab olunan Azərbaycanda dərin dəyişikliklər prosesini başlatdı. Heydər Əliyev neft və neftayırma sənayesini kökündən yenilədi və modernləşdirdi, bir sıra zavodların, müasir hidroelektrik stansiyasının, toxuculuq fabrikinin tikintisi təşəbbüsünü irəli sürdü, yüksək texnologiyalı gil-torpaq istehsalı sahəsini yaratdı. Azərbaycanda sənaye sahəsində həmin illərə aid yeni tikililərin siyahısı xeyli uzundur: “Ulduz” Elektrik Cihazları zavodu, Bakı Məişət Kondisionerləri zavodu, Şampan Şərabları zavodu, Bakı Dərin Özüllər zavodu, “Elektroterm” zavodu, Elektron Hesablayıcı Maşınlar zavodu, Sumqayıt Kompressorlar zavodu, Gəncə “Büllur” zavodu, “Azon” və “Alunit” müəssisələri, Lənkəran Konserv zavodu...Yeni müəssisələrin respublikanın bölgələrində tikilməsini də xüsusi qeyd etmək lazımdır.

Onun Azərbaycana rəhbərlik etdiyi dövrdə əvvəl mövcud olan gerilik qısa müddətdə aradan qaldırıldı və iqtisadiyyatda böyük nailiyyətlər əldə olundu. Ölkə ümumittifaq miqyasında qabaqcıl yerlərə çıxdı. Bu illər ərzində Azərbaycanın sənaye potensialı iki dəfədən çox artdı. Şəhər və kəndlərin siması dəyişdi. On beş müttəfiq respublikadan yalnız Rusiya və Azərbaycan SSRİ-nin dövlət büdcəsindən subsidiyalar almadan yaşayırdı. Heydər Əliyev ətrafındakı insanlardan özünün malik olduğu yüksək təşkilati bacarıqları - dəqiqlik, nizam-intizam, məhsuldar və səmərəli iş tələb edirdi. O, heç vaxt kabinetdən rəhbərlik etməyə üstünlük vermirdi. Heydər Əliyev tez-tez neftayırma zavodlarının sexlərində, laboratoriyalarda, limanlarda və tikinti meydançalarında olur, iş prosesləri haqqında yerində məlumat alırdı. O, öz xatirələrində həmin illəri həyatının ən yaxşı dövrü adlandırıb: “Bəzən hətta iş vaxtı qurtardıqdan sonra da evə getmirdim və oturub fikirləşir, respublikamızda vəziyyətin daha da yaxşılaşdırılması üçün yeni planlar qururdum. Götür-qoy edirdim ki, tutduğum vəzifənin imkanlarından istifadə edərək xalqım üçün hansı faydalı işləri görə bilərəm”.

1982-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olundu. İlk dəfə Azərbaycanın nümayəndəsi Sovet İttifaqının rəhbərlərindən biri oldu. Heydər Əliyevin Moskvada işlədiyi dövrdə gördüyü işlərin hamısını sadalamaq çətindir. Yəqin ki, onun üçün ən əziz olan işlərdən biri Baykal-Amur magistralının tikintisi idi. O vaxt azərbaycanlılar BAM-ın demək olar ki, bütün obyektlərində işləyirdi. Azərbaycanlı inşaatçılar qəsəbələr salır, vağzal kompleksləri tikirdilər. Anqoya qəsəbəsi Heydər Əliyevin bilavasitə iştirakı ilə salınıb. Yeri gəlmişkən, o, sovet rəhbərləri arasında ilk dəfə olaraq BAM-ın bütün məsafəsini qət etmişdi. 2008-ci ildə Anqoya vağzalına Heydər Əliyevin adının verilməsi tamamilə qanunauyğundur.

1987-ci ilin oktyabrında Sov.İKP MK siyasi bürosunun yürütdüyü siyasi kursa etiraz əlaməti olaraq, Heydər Əliyev tutduğu vəzifələrdən istefa verdi. Bakıya böyük sayda sovet qoşunları kontingentinin yeridilməsi və çoxsaylı insan tələfatı ilə nəticələnən 1990-cı il 20 Yanvar faciəsindən sonra o, Azərbaycan xalqına qarşı cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılması tələbi ilə çıxış etdi. O dövrdəki SSRİ rəhbərliyinin siyasətinə etiraz əlaməti olaraq, Heydər Əliyev 1991-ci ildə Sovet İttifaqı kommunist partiyasının sıralarını tərk etdi.

1990-cı ildə Azərbaycana qayıdan Heydər Əliyev Bakıda, sonra isə Naxçıvanda yaşadı. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi. 1993-cü ilin may-iyun aylarında baş vermiş dərin hakimiyyət böhranı nəticəsində Azərbaycan vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi qarşısında qaldı. Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə qayıtması tələbi ilə çıxış etdi. O, Azərbaycan Ali Sovetinin sədri seçildi.

1993-cü il oktyabrın 3-də isə Heydər Əliyev ümumxalq səsverməsi nəticəsində müstəqil Azərbaycanın Prezidenti oldu və 1998-ci ildə yenidən bu vəzifəyə seçildi.

On illik prezidentliyi dövründə Heydər Əliyev respublikada radikal islahatlar apardı və iqtisadiyyatı çökmüş ölkənin xarabalıqlarında dirçəltdiyi və inkişaf etdirdiyi qüdrətli dövləti millətinə miras qoydu. Onun çoxşaxəli siyasəti ölkəyə tərəqqi və sabitlik gətirən dövlət strategiyasına çevrildi. Heydər Əliyev hakimiyyətə praqmatik və balanslaşdırılmış xarici siyasət kursu ilə gəlmişdi. Bu siyasi kurs ABŞ və Avropa İttifaqı ilə konstruktiv münasibətləri, həmçinin Türkiyə, Rusiya və İranla müdrik tərəfdaşlıq əlaqələrini ehtiva edirdi.

Azərbaycanda siyasi sabitlik yaratmaqla yanaşı, Heydər Əliyev ölkənin iqtisadi müstəqilliyinin də əsasını qoydu. O, bütün istehsal sahələrinin bərpası, habelə maliyyə vəziyyətinin yaxşılaşdırılması və xarici sərmayələrin cəlb olunması üzrə antiböhran proqramını işləyib hazırladı.

1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi” - əcnəbi neft şirkətləri ilə hasilatın pay bölgüsünə dair analoqu olmayan çoxmilyardlıq saziş imzalandı. Bu, keçmiş Sovet İttifaqı məkanında bu cür ilk və ən iri kontrakt olub. “Əsrin müqaviləsi” Azərbaycan üçün həyati əhəmiyyətə malik olub, eyni zamanda, ölkədə daxili sabitliyin bərqərar olmasında və xarici siyasətdə uğurlar qazanılmasında da həlledici rol oynayıb. Kontraktın imzalanması mərasimində Heydər Əliyev bəyan edib: “Bu müqavilənin hazırlanmasında və imzalanmasında iştirak etdiyim üçün özümü çox xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti yaxşı dərk edirəm və ümidvaram ki, gələcək nəsillər bu gün burada baş verən tarixi hadisəni layiqincə qiymətləndirəcək”.

Bakı-Tbilisi-Ceyhan layihəsinin təşəbbüskarı olan Heydər Əliyev Azərbaycana böyük məbləğlərdə Qərb sərmayəsi cəlb etdi və bunun nəticəsində yeni iş yerləri açıldı, bir neçə yataqların inkişafına nail olundu. Heydər Əliyev Azərbaycanın postsovet məkanında ən yüksək səviyyədə görünməmiş iqtisadi inkişafını təmin etdi.

Bununla yanaşı, Heydər Əliyev 1995-ci ildə qəbul olunmuş yeni Konstitusiyanın hazırlanması təşəbbüsü ilə çıxış etdi. “...Bu Konstitusiyanın maddələrinə əməl edərək, xalqımız Azərbaycan Respublikasının müstəqilliyini əbədiləşdirəcək. Bizim vəzifəmiz Konstitusiyanın verdiyi təminatlardan, qanunvericilik əsaslarından səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət qurmaq, vətəndaşların hüquq və azadlıqlarını müdafiə etməkdir”, -deyə Heydər Əliyev vurğulayırdı.

Heydər Əliyevin “Azərbaycan xalqı” məfhumu ilə zənginləşdirdiyi fəlsəfə müstəqil Azərbaycanın müasir dünyada yerini müəyyən etdi, milli dövlətçiliyin ideoloji əsası kimi azərbaycanlıların möhkəm həmrəyliyinin əsasını qoydu. O deyirdi: “Azərbaycançılıq - öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir".

Heydər Əliyev öz ölkəsini və onun tarixini qəlbən sevirdi. O, tarixi yaxşı bilirdi və başa düşürdü ki, təkcə tarixi hadisələr deyil, müasir dövrdə baş verənlər də əhəmiyyətlidir, çünki gələcək nəsillər tariximizin bütün mərhələlərini qiymətləndirəcək. Heydər Əliyev çox gözəl bilirdi ki, iqtisadi inkişafla yanaşı, müstəqilliyin əsas amillərindən biri də mədəniyyətdir. Prezident Azərbaycanın mədəni irsini dəstəkləyir və haqlı olaraq hesab edirdi ki, məhz bu amil ölkənin milli kimliyinin bünövrəsini təşkil edir. Milli kimlik hissinin qüvvətli olması millətə hətta ətrafdakı siyasi güclərin təzyiqinə məruz qaldığında və varlığına təhlükə yarandığında belə, birləşmək imkanı verir.

Həyatın bütün sahələrində səmərəli və məqsədyönlü fəaliyyətlə yanaşı, Heydər Əliyev ölkədə təhsilin səviyyəsinin yüksəlməsinə də böyük diqqət yetirirdi. Böyüməkdə olan nəslin təlim-tərbiyəsi həmişə uzaqgörən liderin dövlət proqramının əsas müddəalarından biri olub.

Söz onun ən güclü silahı olub. Heydər Əliyev sözdən həm natiq, həm diplomat, həm də incə psixoloq kimi istifadə edirdi. Onun sözləri tələffüz tərzi ən yüksək incəsənət səviyyəsində olurdu. Heydər Əliyev özünün parlaq natiqlik istedadını müxtəlif yerlərdə etdiyi bütün çıxışlarında büruzə verirdi. İnamlı və dəqiq nitq söyləyirdi. Məhz onun sözləri həyatı, tarixi dəyişən amil oldu. Xalqla ünsiyyət zamanı deyilənlərin hər bir vətəndaş tərəfindən məhz ona ünvanlanmış müraciət kimi qəbul edilməsinə nail olmaq hər siyasətçiyə müyəssər olmur. Bu, ona məxsus olan xüsusiyyət idi. Eyni zamanda, Heydər Əliyevdə həmsöhbətinin əhval-ruhiyyəsində ən kiçik nüansları belə dəqiqliklə sezmək kimi heyrətamiz bacarıq, buna əlavə olaraq, hər bir kəsin ağrı-acısına və həyəcanına nüfuz etmək üçün çox böyük daxili mərifət hisslərinin ona bəxş etdiyi qabiliyyət vardı. Ona məxsus olan daha bir mənəvi keyfiyyət - yüksək intuisiya sayəsində dahi siyasətçi Azərbaycan xalqı üçün ən taleyüklü məqamlarda son dərəcə düzgün qərarlar qəbul edə bilirdi.

İstedad və güclü iradə Heydər Əliyev şəxsiyyətinin əsas məziyyətləri idi. Onda ilk növbədə özünə qarşı yüksək təşkilatçılıq və tələbkarlıq vardı. Heydər Əliyev hər bir insanı, geniş kontekstdə “xalq” və “millət” məfhumunun birləşdirdiyi fərdlərin istəklərini dinləmək və başa düşmək bacarığına malik idi. Böyük siyasətçinin peyğəmbərcəsinə uzaqgörənliyi və sərkərdə hünərinin vəhdəti onun şəxsi keyfiyyətlərinin mühüm cəhəti idi. Dərin savad və təbiətin bəxş etdiyi incə estetik hissləri də bura əlavə etmək lazımdır. Alicənab və ədavətsiz insan olan Heydər Əliyev bilmədən səhvə yol verən insanları bağışlayır, lakin nadan, öz mənfəətini güdən və fərsizlərə güzəşt etmirdi. Bir siyasətçi kimi o, demokratizmi sərt tələblərlə bir araya sığdıra bilirdi.

Heydər Əliyevin zəngin siyasi təcrübəsi və şəxsiyyətinin miqyası ona imkan verirdi ki, ölkənin qarşılaşdığı bir çox böhranlı vəziyyətlərdən öz xalqını uğurla çıxarsın. O, başqalarını ruhlandırmaq bacarığına malik idi və adama elə gəlirdi ki, Prezident məhz özünün unikal xarizması sayəsində ölkəni idarə edir. Heydər Əliyev güclü siyasətçi üçün vacib olan fenomenal şəxsi keyfiyyətlərə - nadir rast gəlinən yaddaş, qüvvətli arqument və insanları, o cümlədən rəqiblərinin öz düşərgəsinə cəlb etmək bacarığına malik idi. Onun zəhmi hər yerdə hiss olunur, xarizması isə dövrünün bir çox dahi intellektual insanlarını cəzb edirdi.

Heydər Əliyev necə insan idi? O, hər şeydən əvvəl, yüksək ziyalı idi. Özünəinam hissi, yüksək ləyaqəti və eyni zamanda, çox az adamlara xas olan heyrətamiz sadəliyi onun əsas məziyyətləridir.

Tale elə gətirib ki, Heydər Əliyev mənim 1986-cı ildə ABŞ-a ilk jurnalist ezamiyyətimə xeyir-dua verib. Mən onun səmimiliyinin və hər şeydən yaxşı məlumatı olduğunun, öz fikirlərini necə dəqiq ifadə etdiyinin şahidi oldum. Heydər Əliyev instinktiv olaraq jurnalistikanın əhəmiyyətini izah edir, amerikanistika barədə özünəməxsus tərzdə mülahizələr yürüdürdü.

…O, xeyir-duaları ilə məni müxbir işləmək üçün Nyu-Yorka göndərib, mən isə, elə alındı ki, 2003-cü ildə Klivlend aeroportunda Heydər Əliyevin tabutunu yola saldım. Tabut dekabrın 14-də Bakıya göndərilirdi. Həmin il dekabrın 12-də səhər saat 10-da Heydər Əliyev Ohayo ştatındakı Klivlend Kardioloji Mərkəzində vəfat edib. Azərbaycan Prezidentini avqustun əvvəlində Rusiya FHN-nin təyyarəsi ilə ağır xəstə vəziyyətdə oraya gətirmişdilər. Amerikan həkimləri Heydər Əliyevin xəstəlik tarixçəsini yaxşı bilirdilər, bundan əvvəl həmin mərkəzdə onu uğurlu əməliyyat etmişdilər. O vaxt Birləşmiş Ştatlarda işləyən Rusiya müxbirləri Heydər Əliyevin yenidən xəstəliyə qalib gələcəyinə və sağalacağına böyük ümidlər bəsləyirdilər. Əfsuslar olsun ki, belə olmadı.

Mən uzun müddət, təyyarə üfüqdə titrəyən nöqtə kimi görünənədək gözümü səmadan ayırmadım. Heydər Əliyev doğma Azərbaycana, Bakının Fəxri xiyabanına son mənzilə yola düşürdü...

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir

Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib VİDEO

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib VİDEO

Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi

Putin Zelenski ilə mümkün görüş barədə danışıb

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir

Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb