“HEYDƏR ƏLİYEV VƏ DÜNYA AZƏRBAYCANLILARI”
Sonra Mərkəzin sədri Rauf Zeynin “Heydər Əliyevin milli düşüncələri və Azərbaycan diasporu” mövzusunda məruzəsi dinlənilmişdir.
Finlandiya-Azərbaycan Assosiasiyasının, Alman-Azərbaycan Cəmiyyətinin rəhbərləri və digər natiqlər diaspor təşkilatlarının yaranmasında, Azərbaycançılıq ideyasının yayılmasında Heydər Əliyevin rolundan danışmışlar. Bildirilmişdir ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə öz xalqının gələcəyi, inkişafı və birliyi barədə düşünmüşdür. Ölkəmizin bugünkü tərəqqisi, diaspor təşkilatlarımızın birliyi məhz bu dahi şəxsiyyətin adı ilə bağlıdır. Onun dünya azərbaycanlılarının birinci qurultayını Bakıda keçirməsi diaspor təskilatlarının daha sıx birləşməsinin və inkişafının əsasını qoydu. Ümummilli liderimiz xarici ölkələrə səfər edərkən oradakı soydaşlarımızla daim maraqlanması həmin ölkələrin rəsmi dairələrində azərbaycanlılara qarşı rəğbətin yaranmasına, soydaşlarımızın vəziyyətinə müsbət təsir göstərmişdir.
Çıxışlarda xüsusi vurğulanmışdır ki, “bu gün Heydər Əliyev cismən aramızda olmasa da, o, ruhən bizimlədir və hər zaman hamımızın qəlbində yaşayacaqdır. Bütün Azərbaycansevərlər Heydər Əliyev ideyalarını yaşadacaqlar. Biz Heydər Əliyevin siyasi xəttini ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin ətrafında sıx birləşəcəyik.
Dəyirmi masanın iştirakçıları paytaxtımızın rəhbərliyinə Bakıda “Diaspor parkı”nın yaradılması üçün yer ayrılması barədə xahişlə müraciət etmişlər.