HEYDƏR ƏLİYEVİN KİYEVDƏ UCALDILACAQ ABİDƏSİNİN XATİRƏ DAŞI MAY ÇİÇƏKLƏRİNƏ QƏRQ OLDU
Diplomatlarımız, diasporumuzun üzvləri, Ukrayna ictimaiyyətinin nümayəndələri zəmanəmizin görkəmli dövlət və siyasi xadimi, Ukrayna xalqının böyük dostu Heydər Əliyevin səfirliyimizin yaxınlığındakı bağda, abidəsi ucaldılacaq yerdə toplaşmışdılar.
Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev tədbiri açaraq, Ulu öndər Heydər Əliyevin müstəqil, demokratik, çiçəklənən Azərbaycanın qurulmasında tarixi rolundan, titanik, yorulmaz fəaliyyətindən danışdı, xüsusi vurğuladı ki, artıq tanınmış siyasətçilərdən biri olan İlham Əliyev bu gün Heydər Əliyev siyasi xəttini layiqincə davam etdirir.
Tədbirə toplaşanlar müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin abidəsinin ucaldılacağı yerdə qoyulmuş xatirə daşı önünə tər may çiçəkləri düzdülər.