HEYDƏR ƏLİYEVİN ÖLKƏYƏ RƏHBƏRLİK ETDİYİ İLLƏRDƏ YÜZDƏN ARTIQ MUZEY YARADILMIŞDIR
Prezident Heydər Əliyevi maestro Rostropoviçlə mehriban dostluq telləri bağlayırdı. Muzeyin direktoru dedi ki, Heydər Əliyevin sayəsində Azərbaycan yenidən Rostropoviçə malik oldu, Mstislav Rostropoviç isə öz ilk vətəni Azərbaycana qovuşdu.
Hələ 1970-ci illərin əvvəllərində, SSRİ-də Mstislav Rostropoviçə çox soyuq münasibət bəslənildiyi bir vaxtda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışarkən, demək olar, vətəndaşlıqdan məhrum olunmuş Rostropoviçi qorxub-çəkinmədən Azərbaycana dəvət etmişdi. Bununla da zəmanəmizin iki görkəmli şəxsiyyəti arasında böyük dostluğun təməli qoyulmuşdu: Rostropoviç həmin illərdə Bakıya gəlmiş və Azərbaycanda vida konsertlərindən birini vermişdi.
“Əziz dostum Slava!”- Prezident Heydər Əliyev öz böyük həmvətəninə belə müraciət edirdi.
Mərasimdə iştirak edən Bakıdakı bir sıra muzeylərin direktorları ölkədə muzeylərin yaradılmasında Prezident Əliyevin rolundan danışmışlar. Qonaqlara rejissor Azər Əliyevin “Bizdə hər şey var” videofilmindən fraqmentlər göstərilmişdir. Film Prezident Heydər Əliyevin Fərmanı ilə 1997-ci ildə Bakıda Mstislav Rostropoviçin 70 illik yubileyi münasibətilə keçirilən şənliklərdən bəhs edir.