Hikmət Əlizadə: Fevralın 28-də Azərbaycanda ov mövsümü başa çatacaq
Bakı, 16 fevral, AZƏRTAC
Azərbaycanda ov mövsümünün sonuna az qalıb. Belə ki, fevralın 28-də ov mövsümü başa çatacaq.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
O bildirib ki, ov mövsümü ötən ilin yay aylarında başlasa da, pandemiya və Vətən müharibəsi ilə əlaqədar bir neçə dəfə müəyyən müddətə dayandırılmışdı: “Mövcud durum, vətəndaşların müraciətləri, karantin tədbirlərinin yumşaldılması nəzərə alınaraq yanvarın ortalarından ov mövsümü yenidən açıldı. Lakin fevralın 28-də mövsümə yekun vurulacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:53]
Sabah yağış yağacaq VİDEO
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]