Himayədar ailə institutu ilə əlaqədar hazırlanan rolaplar nümayiş olunur
Bakı, 20 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi himayədar ailə institutu ilə bağlı məlumatlılıq səviyyəsini artırmaq məqsədilə rolaplar hazırlayıb.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, himayədar ailə fəlsəfəsini təbliğ edən rolaplar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin dəstəyi ilə bir sıra xəstəxanaların girişlərində nümayiş olunur. Həmin tibb müəssisələrinə Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanası, Uşaq Nevroloji Xəstəxanası, Yasamal Uşaq Klinik Xəstəxanası və Uşaq Bərpa Mərkəzi, Nərimanov Uşaq Klinik Xəstəxanası daxildir.