Hindistanda cərəyan vurması nəticəsində 15 nəfər ölüb
Bakı, 20 iyul, AZƏRTAC
Hindistanın Uttaraxand əyalətində cərəyan vurması nəticəsində 15 nəfər həyatını itirib, 6 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, hadisə Alaknanda çayının sahilindəki elektrik transformatorunun partlaması nəticəsində baş verib.
Belə ki, transformatorun partlamasından sonra elektrik xətləri çay üzərindəki körpüyə düşüb. Nəticədə körpüdə olan insanları cərəyan vurub.
Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]