Humayun Kobir: Azərbaycanın AQEM-ə sədrliyi Asiyada əlaqələrin güclənməsinə xidmət edir
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycanı AQEM-ə sədrliyi ilə əlaqədar təbrik edirəm. Bu sözsüz ki, Asiyada əlaqələrin qurulması, güclənməsinə xidmət edir.
AZƏRTAC xəbər verir ki, bunu Banqladeşin dövlət xarici işlər naziri Humayun Kobir Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
O, çoxtərəfli institutların daha effektiv fəaliyyət göstərməsinin vacibliyini qeyd edib. Bildirib ki, etimadın sarsılması, təhdidlərin artması və münaqişələrin genişlənməsi baş verir. AQEM kimi təşkilatların bu baxımdan rolu çox vacibdir. Banqladeş AQEM-in aydın hüquqi statusa, gücləndirilmiş katibliyə, proqnozlaşdırılabilən maliyyələşdirməyə və effektiv qərar qəbul etməyə malik tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini dəstəkləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]