I BAKI BEYNƏLXALQ KARİKATURA MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜƏYYƏN EDİLMİŞDİR
İdman mövzusuna həsr olunmuş müsabiqədə dünyanın 25 ölkəsindən 70 rəssam 300-ə yaxın əsərlə iştirak etmişdir.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin sədrliyi ilə 9 nəfərdən ibarət münsiflər heyəti qalibləri müəyyən etmişdir. Birinci yerə Polşa rəssamı Yaroslav Yarovski layiq görülmüşdür. 2-ci və 3-cü yerlər müvafiq olaraq ukraynalı Vladimir Kazanevskiyə və ingiltərəli karikaturaçı Aleksey Talımonova verilmişdir.
Münsiflər heyəti daha 15 nəfər karikaturaçı rəssamı həvəsləndirici mükafata layiq bilmişdir. Onların arasında iki həmyerlimiz - Hafiz Nəsiroğlu və Yaşar Səmədov da vardır.
Yaxın günlərdə müsabiqəyə təqdim olunan əsərlərin sərgisinin açılması, xüsusi kataloqun nəşr edilməsi nəzərdə tutulub.
Bütün müsabiqə iştirakçılarına sertifikat və kataloq göndəriləcəkdir.
Müsabiqəyə təqdim olunmuş əsərlərin Afina Yay Olimpiya Oyunları müddətində Azərbaycan günlərində də nümayiş etdirilməsi planlaşdırılıb.