İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əhalinin İTS sistemi barədə məlumatlılığını artırır
Bakı, 18 yanvar, AZƏRTAC
Ötən il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən əhali arasında icbari tibbi sığorta sistemi barədə məlumatlılığın artırılması məqsədilə maarifləndirmə kampaniyası həyata keçirilib.
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova AZƏRTAC-a bildirib ki, ictimaiyyətin icbari tibbi sığorta barədə dəqiq, dolğun məlumatlandırılması üçün kampaniya çərçivəsində bir neçə istiqamətdə layihə və tədbirlər icra olunub: “İcbari tibbi sığortadan rahat istifadəni təmin etmək, istifadə mərhələləri, xidmətlər zərfi barədə əhalini məlumatlandırmaq, qurumun gördüyü işləri işıqlandırmaq məqsədilə ümumilikdə 146 məlumat açıqlanıb. Sistemdəki yeniliklər, üstünlüklər barədə müxtəlif televiziya, radio və internet televiziya kanallarında 348 veriliş/süjet yayımlanıb. Mediadan daxil olan 563 sorğu, sosial media hesablarına göndərilən 22 027 sorğu cavablandırılıb”.
A.Əhmədova sosial media üzərindən də maarifləndirmə işinin aparıldığını vurğulayaraq, agentliyin sosial media hesablarında ümumilikdə 4 364 postun paylaşıldığını bildirib.
Vətəndaşlar icbari tibbi sığorta ilə bağlı məlumat əldə etmək üçün qurumun internet saytını (https://its.gov.az/) və sosial şəbəkələrdəki səhifələrini izləyə bilərlər.