İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı beynəlxalq konfransda məruzə edib
Bakı, 4 iyun, AZƏRTAC
İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Ağası Məlikov Ukraynanın Kiyev şəhərində keçirilən V beynəlxalq “Müasir stoxastika: nəzəriyyə və tətbiqlər” (MSTA-V-2021) mövzusunda onlayn konfransda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, azərbaycanlı alim tədbirdə “Əks əlaqəli kütləvi xidmət sistemlərinin tədqiqinə ədədi yanaşmalar” mövzusunda məruzə ilə çıxış edib.
Qeyd edək ki, sözügedən konfransın məqsədi ehtimal nəzəriyyəsi və onunla əlaqəli sahələrdən olan milli və beynəlxalq tədqiqatçıları bir yerə toplamaqdır. Tədbir riyazi statistika, təsadüfi proseslər və sahələr nəzəriyyəsi, kəsirli və çoxkəsirli proseslər, fraktal analiz, stoxastik analiz, informasiya təhlükəsizliyi, kütləvi xidmət nəzəriyyəsi, risk prosesləri və digər aidiyyəti istiqamətlərdə müzakirələr aparmağa şərait yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:53]
İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur
- 15.10.2026 [11:16]
Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium
- 15.10.2026 [10:59]
AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub
- 15.10.2026 [10:59]
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib
- 15.10.2026 [10:47]
ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib
- 15.10.2026 [10:32]
AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir
- 14.10.2026 [19:41]