İKİ MÜQƏDDƏS OCAĞIN XADİMİ, SƏUDİYYƏ ƏRƏBİSTANININ KRALI ƏLAHƏZRƏT ABDULLAH BİN ƏBDÜLƏZİZ AL SƏUDA
Əlahəzrət,
Əziz qardaşım,
Səudiyyə Ərəbistanının milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycan ilə Səudiyyə Ərəbistanını möhkəm dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Əminəm ki, münasibətlərimizin bütün sahələrdə inkişaf etdirilməsi, əlaqələrimizin hərtərəfli genişləndirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 8 sentyabr 2009-cu il.