RƏSMİ XRONİKA
İKİ MÜQƏDDƏS OCAĞIN XADİMİ, SƏUDİYYƏ ƏRƏBİSTANININ KRALI ƏLAHƏZRƏT ABDULLAH BİN ƏBDÜLƏZİZ AL SƏUDA
Əlahəzrət,
Əziz qardaşım,
Ölkənizdə baş vermiş güclü daşqın nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə kədərləndirdi.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, Səudiyyə Ərəbistanının bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 28 noyabr 2009-cu il