İlahiyyatçı alimlərimizin “İslam düşüncəsində şər problemi və teodiseya -1” kitabı Türkiyədə nəşr olunub
Bakı, 29 iyun, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov və Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarovun həmmüəllif olduqları “İslam düşüncəsində şər problemi və teodiseya -1” kitabı Türkiyədə nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, türkiyəli alimlər - doktor Hakan Hemşinli və doktor Yunus Kaplanın elmi redaktoru olduqları nəşrdə cəmiyyətdəki şər problemi metafizik, ontoloji, epistemioloji və teoloji aspektlərdən geniş müzakirə obyektinə çevrilib. Tədqiqatda müəlliflərin əsas məqsədi şər problemini və ilahi ədalət məsələsini fəlsəfi və teoloji aspektlərdən İslam düşüncəsində necə araşdırıldığını ortaya çıxarmaq, həmçinin müsəlman ilahiyyatçıların və filosofların bu məzmundakı fikir və müddəalarını analitik şəkildə izah etmək və öyrənməkdir.
Əsərdə müasir dövrün filosof və teoloqlarının şər problemi və ilahi ədalətlə bağlı elmi-fəlsəfi yanaşmaları da öz əksini tapıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:26]
BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat dinlənilib
- 15.10.2026 [13:21]
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib
- 15.10.2026 [11:53]
İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur
- 15.10.2026 [11:16]
Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium
- 15.10.2026 [10:59]
AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub
- 15.10.2026 [10:59]
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib
- 15.10.2026 [10:47]