İlisu kəndindəki “Uludağ” Turizm və İstirahət Mərkəzində yaradılan şərait turistlərin ürəyincədir
Qax, 5 yanvar (AZƏRTAC). Mən ailəmlə birlikdə artıq beşinci dəfədir ki, bu istirahət mərkəzinə gəlirəm. Burada yayda da, qışda da olmuşam. Bu dəfə isə qonaqlarımızla - Rusiyada yaşayan həmvətənlərimizlə birgə gəlmişik. Açığını deyim ki, buradakı şərait çox xoşumuza gəlir, qiymətlər də münasibdir. Otaqlar yaxşı qızdırılır, isti-soyuq suyu var. Təbiətinə də söz ola bilməz!
Bu fikirləri Qax rayonunun İlisu kəndindəki “Uludağ” Turizm və İstirahət Mərkəzində ailəsi ilə birlikdə dincələn Bakı şəhər sakini iqtisadçı Kamal Xəlilov AZƏRTAC-a müsahibəsində demişdir.
Qaxın milli yeməklərini, xüsusilə qurudulmuş ətlə hazırlanan “sürhüllü”nü çox xoşladığını deyən Kamal Xəlilov İlisu təbiətinin vurğunu olduğunu bildirmişdir. Onun sözlərinə görə, Rusiyadan gələn qonaqlar da bu yerləri çox bəyənmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]