Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlk tacik qəzetinin baş redaktoru olmuş şuşalı Mirzə Cəlal Yusifzadə - MƏQALƏ

İlk tacik qəzetinin baş redaktoru olmuş şuşalı Mirzə Cəlal Yusifzadə - MƏQALƏ

Bakı, 14 mart, AZƏRTAC

Tacikistanın asiaplustj.info portalında azərbaycanlı şair, yazıçı, redaktor, Azərbaycan Cümhuriyyəti Milli Şurasının üzvü Mirzə Cəlal Yusifzadə (1862–1931) barəsində geniş məqalə dərc olunub. Məqalədə bildirilib ki, 1912-ci ilin martında Tacikistanda Şuşa şəhərindən olan azərbaycanlı Mirzə Cəlal Yusifzadənin baş redaktoru olduğu ilk tacik qəzeti olan “Buxoroyi Şərif”in ilk nömrəsi işıq üzü görüb. Tacikistan mətbuatının öz işinə necə başladığı və soydaşımızın bunda hansı rol oynadığı barədə asiaplustj.info nəşrinə filologiya elmləri doktoru Şərif Mulloyev danışıb. AZƏRTAC məqaləni qısa ixtisarla təqdim edir.

Türküstanda və Buxarada tacik dilində dövri mətbuat özbək dilindəki mətbuatdan daha sonra meydana çıxdı, çünki rəsmi mətbuat özbək dilində nəşr olunurdu.

Tacik jurnalistikası və publisistikası yalnız XX əsrin əvvəllərində inkişaf etməyə başladı. Birincisi, xaricdə yaşayan, Türküstandan və ya Buxaradan olan maarifçilərin publisist yazıları çap olunmağa başladı. İkincisi, Türküstanda ikidilli tacik-özbək və ya tacik-türk mətbuatı meydana çıxdı. Üçüncüsü, nəhayət, Buxarada tacik dilində mətbuat təşəkkül tapdı.

Tacik dilində mətbuatın yaranmasına Buxarada mədrəsə şagirdləri arasında gizli şəkildə yayılan dövri nəşrlər kömək etdi. Bu cür ilk nəşr, illüstrasiyalarla nəşr olunan və həftədə bir dəfə işıq üzü görən “Molla Nəsrəddin” satirik jurnalı idi.

Jurnalda tənqidi xarakterli materiallar, ozamankı cəmiyyətin köhnəlmiş fikirlərini lağa qoyan felyetonlar, hekayələr, şeirlər dərc olunurdu. Siddiqi Ajzi, Sobit Mannofzoda, Əbdülvahid Münzim, Salman Mümtaz kimi naşirlər və qələm ustaları nəşrlə fəal əməkdaşlıq edirdilər.

“Molla Nəsrəddin” jurnalı 1906-cı il aprelin 7-dən Tiflisdə nəşr olunmağa başladı və Orta Asiyada və bütün Yaxın Şərqdə yayılaraq demokratik mətbuatın yaranmasında və inkişafında mühüm rol oynadı. Onun naşiri və redaktoru məşhur Azərbaycan dramaturqu Cəlil Məmmədquluzadə idi. Jurnal 1912-ci ilin mart ayına qədər fasiləsiz nəşr olundu və müvəqqəti olaraq bağlandıqdan sonra 1913-cü ilin aprelindən etibarən çapı bərpa edildi. 1931-ci ildə jurnal ikinci dəfə bağlandı.

XX əsrin əvvəllərində Buxaranın qabaqcıl ictimaiyyəti xaricdən gətirilən dövri mətbuatın yetərli olmadığını anladı və buna görə də, tacik dilində çap orqanının yaradılmasına qərar verildi.

Gənc buxaralılar gündəlik qəzetə yeni (cədid) fikirlərinin təbliği və təşviqi məqsədilə vacib bir vasitə kimi böyük ümidlər bəsləyirdilər.

Gənc buxaralıların təşəbbüsü ilə ilk tacik qəzeti olan “Buxoroyi Şərif” təsis edildi. Lazımi vəsait toplandıqdan sonra 1912-ci il martın 11-də, bazar günü “Buxoroyi Şərif” (“Şərəfli Buxara”) qəzetinin ilk nömrəsi işıq üzü gördü.

Qəzet Kaqanda tacik dilində ərəb qrafikası ilə, dörd səhifəlik böyük formatla çap olundu. 1912-ci il martın 11-dən 1913-cü il yanvar ayının 2-dək qəzetin 153 nömrəsi buraxıldı. Onun başlıca vəzifəsi tacik xalqını maarifləndirməkdən ibarət idi. Qəzetə ümumi rəhbərliyi Haydarhoca Mirbədəlov həyata keçirirdi.

Nəşrin məqsədi qəzetin ilk sayının redaksiya məqaləsində ifadə edilib: “Qəzetimiz elmi, ədəbi, mövzuları əhatə edən, iqtisadi nəşr olmaqla sivilizasiyanın və birlik ideyasının yayılmasına səy göstərəcək”.

Materialların əsas mövzusu innovativ məktəblərin yaradılmasına, mədrəsədəki islahatlara, kommersiya fəaliyyətinin yeni tədris metodlarına həsr olunmuşdu.

“Buxoroi Şərif” qəzeti maarifçilik funksiyasını yerinə yetirir, oxucularını dünyanın ən mühüm hadisələri, müxtəlif tarixi, coğrafi, ədəbi və digər xəbərlərlə tanış edirdi.

Qəzetin səhifələrində bölgənin bir çox sosial problemləri - iqtisadi böhran, insanların yoxsul və səfil güzəranı, XX əsrin əvvəllərində Buxara əhalisinin əksəriyyətinin savadsız olması kəskin tənqid olunurdu.

Qəzetdə digər xalqların yazıçılarının əsərləri və hekayələri, tacik dilinə tərcümə olunmuş rus ədəbiyyatı nümunələri dərc edilirdi. “Yerli xəbərlər” və “Türküstan xəbərləri” rubrikasında əmirliyin siyasi həyatı, əmir Alimxanın səfərləri, Türküstan ticarətinin inkişafı haqqında reportajlar və məqalələr dərc olunurdu. “Xarici xəbərlər” rubrikası isə Buxara əhalisini İran, İraq, Əfqanıstan, Türkiyə, Çin və digər ölkələrin xalqlarının həyatı ilə tanış edirdi.

1912-ci il iyulun 14-dən etibarən əmirliyin özbək əhalisi üçün “Buxoroyi Şərif” qəzetinə əlavə olaraq həftədə iki dəfə “Turon” qəzeti özbək dilində nəşr olunmağa başladı. Həmin ilin sentyabrında isə “Turon” qəzeti artıq müstəqil nəşrə çevrildi.

Redaktor səlahiyyətləri Azərbaycandan redaktor kimi dəvət olunan Mirzə Cəlal Yusifzadəyə həvalə edildi. Redaksiya məqalələrinin əksəriyyəti onun qələmindən çıxırdı.

Buxaraya gəlməzdən əvvəl Mirzə Cəlal Yusifzadə “Molla Nəsrəddin” jurnalının redaksiyasında fars şöbəsinə rəhbərlik etmişdi. O, Bakıda qısa müddət ərzində nəşr olunan iki qəzetin təsisçilərindən biri idi (Azərbaycan dilində fəaliyyət göstərmiş “Həqiqəti-əfkar” (“Fikirlərin həqiqəti”) qəzeti nəzərdə tutulur - AZƏRTAC).

Mirzə Cəlalın səyləri sayəsində yeni nəşr qısa müddət ərzində oxucuların marağına səbəb oldu. Təxminən üçüncü nömrədən oxucuların müraciətlərini “Buxaradan məktub” və ya “Qəzetə məktub” rubrikasında dərc etməyə başladılar, burada insanlar qəzetə və onun nəşrlərinə, hətta ayrı-ayrı əməkdaşlarına öz münasibətlərini bildirdilər. Baş redaktorun özü bütün məktublara cavab verirdi; Mirzə Cəlal hesab edirdi ki, qəzetin əsas vəzifəsi, ilk növbədə, xalqı maarifləndirməkdən ibarətdir.

“Bizə elm gərəkdir, elmlə məşğul olmaq lazımdır” – o deyirdi. Onun əksər məqalələri onu sübuta yetirir ki, Buxara əmirliyindəki humanitar cəmiyyətin əsasını, Mirzə Cəlal, təhsil sahəsində aparılmalı olan dərin islahatlarda görürdü. “Tartib lozim ast” (“Qayda-qanun lazımdır”) adlı məqaləsində, müəllif, təhsilin yaxşılaşdırılması üçün səlis və düşünülmüş plan təklif edir və Buxara əmirliyinin mədrəsələrində və məktəblərində geniş inkişaf etmiş tədris metodunun yayılmasının zəruriliyini vurğulayırdı. Elm və təhsil problemi təkcə Mirzə Cəlalı deyil, bütün Buxara cədidlərini narahat edən mühüm məsələlərdən idi.

Mirzə Cəlal Yusifzadənin baş köməkçisi Mirzə Siroc Hakim idi. Onlar Buxara əmirliyinin elm, mədəniyyət və dünyəvi təhsilin inkişaf edəcəyi inkişaf etmiş sivilizasiya mərkəzlərindən birinə çevriləcəyinə ümid edirdilər.

Mirzə Cəlal “Buxoroyi Şərif” qəzetinin səhifələrində sadə tacik dilində xalqın həyatı, xəyalları və istəkləri haqqında yazdığı şeirlərini dərc edir, müasirlərini narahat edən aktual problemləri gündəmə gətirirdi.

O, təkcə cəmiyyətin dərin böhranla əhatə olunmadığını bilirdi; bütün tacik poeziyası eyni dərəcədə ciddi sarsıntılarla üz-üzə idi. Maarifçi şair sözünün qüdrətini var gücü ilə tacik ədəbiyyatının bu mənəvi “mərəzini” sağaltmağa yönəltmişdi.

Yeni ideyaların daşıyıcıları olan cədidlər qəzetə böyük ümid bəsləyirdilər. Onun səhifələrində 200 məqalə dərc edilmişdi: oçerklər, esselər, məqalələr, söhbətlər, məktublara cavablar, reportajların hamısı Mirzə Cəlalın qələminin məhsulu idi.

Digər bir neçə yazısı isə bu qəzetin əlavəsi olan “Turon” qəzetində nəşr olunmuşdu və hamısı demək olar ki, bir problemlə – təhsil məsələsi ilə əlaqədar idi. Mirzə Cəlal oxucularını elm öyrənməyə və biliklərə yiyələnməyə, eləcə də digər xalqların, Orta Asiya regionlarının, Qafqazın və Volqaboyu ərazisinin mövcud təcrübəsindən istifadə etməyə çağırırdı.

Bu fikirlər ictimaiyyət tərəfindən geniş şəkildə dəstəklənirdi. Məsələn, Mahmud Hoca Behbudi həmkarını qəzetdəki çıxışlarına görə alqışlayır, eyni zamanda təsisçilərindən biri olduğu Səmərqəndin yeni məktəblərinin həyatından götürülmüş nümunələrlə onların fikir və düşüncələrini daha geniş şəkildə inkişaf etdirirdi.

“Buxoroyi Şərif” qəzeti qısa müddət ərzində böyük oxucu kütləsi qazana bilmişdi. Lakin qəzetin əhali arasında populyarlığı artdıqca, əmir hakimiyyəti bundan bir o qədər çox narahat olmağa başlamışdı. 1912-ci ilin dekabrında Qubernatorun nümayəndəsi Petrov Buxara əmirindən qəzetin bağlanmasını xahiş etdi. Əmir Alimxan məmnuniyyətlə razılaşdı və “Turon” və “Buxoroyi Şərif” qəzetlərinin bağlanması haqqında fərman verdi. “Buxoroyi Şərif”in 153 nömrəsi çıxdıqdan sonra qəzetin nəşri 1913-cü il yanvarın 2-də dayandırıldı…

Tacikistanın “Buxoroyi Şərif” qəzetinin ilk redaktoru Mirzə Cəlal Yusifzadə 1862-ci ildə qədim Şuşada, fars dili və tacik ədəbiyyatı üzrə böyük üləmalardan biri olan Hacı Mirzə Əli Əkbərin ailəsində anadan olub. Gələcək maarifçi və publisist öz ibtidai təhsilini atasından alıb.

Əlbəttə, onun tərcümeyi-halı və həyat yolu hələ tam öyrənilməsə də, kitabların səhifələrində və tacik xalqının tarixində Mirzə Cəlalın adı tacik jurnalistikası tarixinə əvəzsiz töhfələr verən görkəmli xadim, publisist və yazıçı kimi həkk olunub.

Mirzə Cəlal Yusifzadənin adı Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixinə də əbədi olaraq yazılıb. Məlum olduğu kimi, 1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin son iclası keçirildi və mayın 27-də artıq keçmiş Seymin müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırdı və müvəqqəti Milli Şuranın yaradılması barədə qərar verdi. Ertəsi gün, mayın 28-də Tiflisdə Qafqazın keçmiş canişininin sarayında Azərbaycan Milli Şurasının ilk iclası keçirildi və burada Azərbaycanın müstəqilliyinin elan edilməsi məsələsi müzakirə olundu.

Milli Şura Azərbaycanın Şərqi və Cənubi Zaqafqaziya daxilində müstəqil demokratik respublika elan edilməsi barədə qərar qəbul etdi, bundan sonra Azərbaycanın müstəqilliyi haqqında Akt – İstiqlal Bəyannaməsi elan olundu. Bu tarixi iclasda Mirzə Cəlal Yusifzadə də iştirak edirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır

AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq dialoq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır - ŞƏRH

Fərid Şəfiyev: Qlobal təhlükəsizlik üçün beynəlxalq və regional əməkdaşlıq gücləndirilməlidir

İradə Hüseynova: Dayanıqlı şəhərsalma ekoloji tarazlığın qorunmasını tələb edir

Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik

Azərbaycanlı qadın Varşava Təhlükəsizlik Forumunun nüfuzlu liderlik proqramına seçilib

Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

Aİ Şurasının Sammitində iqtisadi rəqabətqabiliyyətlilik və təhlükəsizlik məsələləri müzakirə olunur

Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi

Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb

Qazaxıstan tranzit yükdaşımanı 2030-cu ilə kimi 67 milyon tona çatdırmağı planlaşdırır

Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm

Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər

Ər-Riyadda keçirilməsi planlaşdırılan kiberidman üzrə dünya çempionatı təxirə salınıb

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi

“Akasiya” qadın kooperativinin uğur hekayəsi

Şavkat Mirziyoyev: AQEM Asiyada qarşılıqlı etimad infrastrukturu yaratmalıdır

BDYPİ beynəlxalq sərgidə təmsil olunur

Mərkəzi Bank vətəndaşlara zəruri olmayan xərcləri qarşılamaq üçün borc götürməməyi tövsiyə edir

Politoloq: Prezident İlham Əliyevin 23 illik fəaliyyəti Azərbaycanın tarixi Zəfərini və güclü dövlət quruculuğunu təmin edib

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanın müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb

Qazaxıstan Milli Akademik Kitabxanasına Azərbaycan haqqında yeni kitablar hədiyyə edilib

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb

Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb

Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib

Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək

Tokayev: Azərbaycan AQEM-in mövcud geosiyasi çağırışların həllində daha fəal rol oynamasına şərait yaradır

BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq

QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək

Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb

Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir

“Ər-Riyad” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35 illiyinə həsr olunmuş məqalə dərc edilib

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident: Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir

Ekspertlər: AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNƏCƏK

Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Rusiyanın Ryazan vilayətində neft emalı zavoduna dron hücumundan sonra yanğın baş verib

Beynəlxalq ekspert: İşəgötürənlər olmadan dəstəklənən məşğulluq modelini həyata keçirmək mümkün deyil

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

“The Telegraph”: Britaniyalıların yarısı öz ölkələri uğrunda döyüşmək istəmir

Prezident İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Mərkəzi Bank: Azərbaycanda ortasəviyyəli təmərküzləşmə müşahidə olunur

Siyasi uzaqgörənlikdən tarixi Zəfərə doğru MƏQALƏ

Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur

Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

Əminə Məlikova: Kəlağayı Azərbaycan qadınını sosial mənsubiyyətindən asılı olmayaraq bərabərləşdirən rəmzdir

Bu saata olan əsas xəbərlər

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Parisdə Azərbaycanın mədəniyyəti və turizm potensialı fransız mütəxəssislərə təqdim olunub

“Rəqəmsal rabitə” informasiya sistemi haqqında ƏSASNAMƏ

“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqini məqsədilə normativ-hüquqi akt layihələri hazırlanıb

İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb

Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat

Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb

Rusiya İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır

bp-nin nümayəndəsi: İnklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir

Azərbaycan Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümündə geniş təqdim olunacaq

AMEA-nın müxbir üzvü: Şəhərlərin inkişafında ekoloji tarazlığın qorunması vacibdir

Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir

Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 313 min fermerin reytinqi qiymətləndirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb

AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf – TƏHLİL

Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub

Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə

Beynəlxalq Muğam Mərkəzində konsert: 95 illik sənət yolu, bir orkestrin musiqi yaddaşı

İcraçı direktor: İnklüzivliyi bərabər imkan kimi qiymətləndiririk

AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub

Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib

Kristalina Georgiyeva: Səudiyyə Ərəbistanına hücumlar bütün dünyaya mənfi təsir göstərə bilər

Azərbaycanda suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir

Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir VİDEO

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir VİDEO

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb VİDEO

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb VİDEO